“Sözün Tovuz fəsli” antologiyasının təqdimatı olub
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 26 dekabr, AZƏRTAC
Azərbaycanda Atatürk Mərkəzində “Sözün Tovuz fəsli” adlı şeir antologiyasının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tərtibçisi şair-tərcüməçi Mikayıl Bozal, redaktoru şair Ehtiram İlham olan antologiya Tovuzun zəngin söz və saz dünyasının, bölgənin ədəbi irsinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Tovuz ədəbi mühitinin tarixi köklərinə, bu mühitin Azərbaycan ədəbiyyatına bəxş etdiyi görkəmli sənətkarlara, eləcə də antologiyanın ideya-estetik mükəmməlliyinə toxunaraq “Sözün Tovuz fəsli”ni bütövlükdə milli ədəbiyyatımızın yaddaş kitabı kimi dəyərləndirib.
Ədəbi tənqidçi Bəsti Əlibəyli, professorlar Nazim İmamverdiyev, Mayıl Əsgərov, Nazim Vəliyev, Rəfail Bəşiroğlu, “Tovuz” Xeyriyyə Cəmiyyəti sədrinin birinci müavini Çingiz Abbasov, şair və publisistlər Əkbər Qoşalı, Rəfail İncəyurd, Murad Köhnəqala və digər çıxış edənlər nəşrin elmi-ədəbi dəyərini yüksək qiymətləndiriblər. Antologiya Tovuz ədəbi mühitinin Azərbaycan ədəbiyyatına verdiyi sanballı töhfələrin sistemli şəkildə toplanması və gələcək nəsillərə ötürülməsi baxımından önəmli qaynaq kimi xarakterizə olunub.
Çıxışlarda “Sözün Tovuz fəsli” antologiyası Tovuz ədəbi mühitinin həm tarixi, həm də çağdaş mənzərəsini dolğun şəkildə əks etdirən dəyərli qaynaq kimi oxucuların və araşdırmaçıların diqqətini cəlb edəcəyinə inam ifadə edilib.
Baxış sayı:73
Bu xəbər 26 Dekabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















