Icma.az
close
up
RU
Sözün və tarixin qovuşduğu məkanda mühazirə magistrant təəssüratını bölüşür

Sözün və tarixin qovuşduğu məkanda mühazirə magistrant təəssüratını bölüşür

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 19 noyabr, AZƏRTAC

Tarixboyu elə şəxsiyyətlər olub ki, onların ədəbi və mənəvi irsini unutdurmaq mümkün olmayıb. Onların yaratdıqları əsərlər, yazıya köçürdükləri fikirlər zamanın sınağından keçərək yaşayır. Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi, dünyaşöhrətli “Əli və Nino” romanının müəllifi Qurban Səid (Məhəmməd Əsəd bəy) də belə şəxsiyyətlərdəndir. Onun yaradıcılığı həm ölkəmizdə, həm də dünyada böyük maraqla araşdırılır, müxtəlif dillərə tərcümə edilərək geniş oxucu auditoriyasına təqdim olunur.

Xəzər Universiteti Filologiya fakültəsinin tələbələri üçün keçirilən növbəti dərs də məhz Qurban Səidin həyat və yaradıcılıq yoluna həsr olunmuşdu. Fərqliliyi ilə seçilən bu dərs ənənəvi auditoriya mühitindən kənarda – “İçərişəhər” metrosu yaxınlığında yerləşən, tarixi atmosferi ilə seçilən “Kurban Said” restoranında baş tutdu. Tarix-məkan-dərs inteqrasiyasına əsaslanan bu metod professor, filologiya elmləri doktoru Bədirxan Əhmədlinin təşəbbüsü idi.

Dərslə bağlı təəssüratını AZƏRTAC ilə bölüşən Xəzər Universitetinin magistrantı Elvinə Kazımova bildirib ki, professor Bədirxan Əhmədli uzun illərdir Qurban Səidin həyatı, yaradıcılığı və xüsusilə “Əli və Nino”nun müəlliflik məsələləri ilə bağlı araşdırmalar aparır. Onun müxtəlif məqalə və kitablarında, eləcə də üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi” dərsliyində Qurban Səid haqqında geniş elmi məlumatlara yer verilib. Mühazirə zamanı professor əsərin müəlliflik gizlinləri haqqında apardığı tədqiqatlardan söz açdı və bu mövzuda ortaya çıxan fikir müxtəlifliklərinin mahiyyətini izah etdi.

“Dərsdə Filologiya fakültəsinin “Dillər və ədəbiyyatlar” departamentindən biz - Zəhra, Elvina, Əsmər və digər tələbələr iştirak edirdik. Məkanın rəhbəri Səbinə xanım da mühazirəyə qatılaraq Qurban Səid haqqında topladığı məlumatları bölüşdü. Onun illərdir aparılan şəxsi araşdırmaları və müəllifə olan sevgisi nəticəsində bu məkan yaradılıb. Restoran gün ərzində xarici turistlər, ədəbiyyatsevərlər və tanınmış şəxslər tərəfindən ziyarət edilir. Səbinə xanım hazırda “Əli və Nino”nun rus dilinə tərcüməsi üzərində işləyir ki, bu da onun ədəbiyyata bağlılığının göstəricisidir.

Məkanın tarixi ab-havası dərsi daha təsirli etdi. Divarları bəzəyən müxtəlif ölkələrdə nəşr edilmiş “Əli və Nino”nun üz qabıqları, qədim əşyalar, köhnə kitabların qoxusu bizdə sanki zamanla təmas hissi oyadırdı. Kitabların toplandığı otağa daxil olduqda isə hər bir cild sanki özü tarix danışırdı. Dərs adi mühazirədən daha çox ədəbi görüş, kitab klubu və canlı tarix dərsi təsiri bağışladı”,- deyə o vurğulayıb.

Mühazirə boyunca XX əsr Azərbaycan ədəbiyyatının mühüm mərhələləri, mühacirət nəsri və Qurban Səidin yaradıcılıq yolu haqqında geniş məlumat əldə etdiklərini söyləyən magistrant qeyd edib ki, dərsdə bugünkü informasiya bolluğu dövründə “Əli və Nino”nun müəllifliyinə dair davam edən müzakirələrin əksər hallarda faktlara əsaslanmadığı vurğulandı. Əsl qiymətli olan isə Qurban Səidin keçdiyi çətin həyat yolu, qələmə aldığı əsərlər və Azərbaycan sevgisi ilə dolu yaradıcılığıdır.

“Bu görüş biz tələbələr üçün sadəcə bir dərs deyil, həm də unudulmaz bir mədəni hadisə oldu. Sözün, tarix və məkanın belə harmoniyası yaddaşımızda uzun müddət yaşayacaq”, - deyə E.Kazımova qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:35
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri