Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldo dönəmi başa çatır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Sözün mömin bəndəsi

Sözün mömin bəndəsi

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu yaxınlarda Dövlət İmtahan Mərkəzinin rəhbəri dedi ki, yazıçıları imtahan eləmək lazımdır. Yadıma köhnə bir Sovet lətifəsi düşdü.

Sovet hökuməti hər rayonda bir komissiya qurub, süpürgəçiləri imtahandan keçirir. Bir rayonda da süpürgəçilər toplaşıb imtahan komissiyasının qapısına. İmtahan otağında komissiya bir süpürgəçini sorğu-suala tutur:

- Siz döşəməni süpürəndə Karl Marksın şəklini görsəniz, nə edərsiniz?

- Götürüb, silib asaram divardan.

- Bəs Vladimir İliç Leninin şəklini yerdə görsəniz, nə edərsiniz?

- Onu da götürüb, silərəm, asaram Marksın yanına?

- Yaxşı. Otağı süpürəndə nə etmək lazımdır ki, yerdən toz qalxıb, ətrafı çirkləndirməsin?

- Süpürməyə başlamazdan qabaq yerə su səpərəm.

- Əla. Təbrik edirik, Siz imtahandan uğurla keçdiniz.

Süpürgəçi sevinə-sevinə içəridən çıxır. Həmkarları onu dövrəyə alıb, soruşular: "Necə oldu? Nədən sual verirlər? Nə soruşurlar?"

Əla qiymət almış süpürgəçi də qürrələnə-qürrələnə deyir: "Vallah, birinci iki sual Marksizm-Leninizmdəndir, axırıncı sual da ixtisasdan".

Yumor öz yerində. Doğrusunu deyək: yazıçı da, şair də, jurnalist də, bir sözlə, Söz adamları hamısı elə bir mənada süpürgəçidir; Dünyanı, insan ruhunu yuyur, tozunu çırpır, simasınl silir, süpürüb təmizləyir. Pas tutmuş ürəklərin hisini-pasını alır, tor bağlamış gözlərin torunu açır. Ancaq bu dəmdə bir ortabab məmur çıxıb deyir: "Yazıçılar gərək imtahan versin".

Bir az əvvəl yazdığım lətifədəki kimi olmasın, bilmirəm, DİM öz imtahanında yazıçılara hansı "-izm"dən suallar verəcək. Əsas qaranlıq qalan budur ki, yazıçıları "ixtisas" imtahanından kim keçirəcək? Məsələn, İlqar Əlfioğlu kimi yazıçı ailəsində doğulan, gözlərini Ədəbiyyata açmış, Sözün işıöınfa böyümüş, Sözlə nəfəs almış, Sözü sevib, Sözlə sevilmiş bir ustanı Azərbaycan türkcəsindən kim sorğu-sual edəcək? Moskva Dövlət Universitetində hesablama riyaziyyatı və kibernetika təhsili almış Məleykə xanım Abbaszadə?!

Bir də axı yazıçının imtahanı onsuz da çoxdur. Ən başlıcası da güzəran imtahanı. Başqa bu cür saysız-hesabsız sınaqların yanında DİM qorxulu deyil.

Yox, elə çıxmasın, İlqar Əlfioğlu dil imtahanından "kəsilər". Hə, ortada qərəz olsa, imtahan balını kəsərlər, amma öz qiyməyini həyatdan da, Ədəbiyyatdan da, sənətindən də, millətindən də çoxdan almış qələmğlı adamını, efir adamını, fikir adamını, Sözün fədakar fəhləsini, Sözün mömin bəndəsini heç kim "kəsə" bilməz.

İlqar Əlfiğlununun ağlı kəsəndən əlində qələm var. Mən dönə-dönə yazıram: "Əlində qələm olana dəyər verin. Çünki o, özlüyündə bir dəyərdir". Talantlı yazıçı, publisist, telejurnalist, tərcüməçi, Ustad, mentor, müəllim kimi İlqar Əlfioğlu dəyərləndirilir. Layiq olduğu dəyəri bəlkə hələ tam ala bilməyib, tam olaraq bunu bilmirəm. Ancaq o, öz adını, imzasını çoxdan və çox ağır zəhmətlə, cəsarətlə və məharətlə yarada bilib. Mən bir dəfə Seyran Səxavət haqqında yazmışdım ki, insanın öz adı ən yüksək tituludur. Bir var, xalq yazıçısı olasan, bir də var, xalqın yazıçısı olasan. Hələ öz dilinin hüdudlarını aşsan, dünyaya açılsan, başqa coğrafiyalarda dolaşsan, bəşəriyyətə məxsusluğunu da təsdiq edə bilsən, bundan daha uca bir məqam, daha böyük yaradıcı bəxtəvərlik varmı? Məncə, yox, yoxdur.

Yenə imtahan söhbətinə qayıdıram. Anar demişkən: yazıçılar dildən imtahan götürməlidir, imtahan verməli deyillər.

Bir də yazıçının onsuz da imtahanı həmişə var. Bu da ədəbi tənqid və ədəbiyyatşünaslıqdır. Ədəbi tənqidi gəlişdirmək, qiymətə mindirmək lazımdır, o başqa.

Niyə bu yazını İlqar Əlfioğlunun üzərində qurdum?! Çünki Ustanın yibileyidir. Bu gün 65 yaşı tamam olur. İlqar müəllimi, ürəkdən təbrik edirəm. Belə baxanda 100-ə nə qaldı ki?! Mən tanıdığım İlqar Əlfioölu 65-də bir az nəfəs dərib, sürət yığar, bir də baxar, artıq yüzü də keçib o yana. Ondan sonrasına da sonra baxar.

Həyat, doğrudan da, çox gözəldir. Doğru yaşanmış həyat ikiqat gözəldir. İlqar ustanın yaşadığı həyat kimi.

Yazıçıların pozuculara ayıracaq vaxtı yoxdur. O da ola oxucuların ruhunda taxtı olan yazıçılar. Əsl Söz və fikir adamı qıraqdan-bucaqdan atılan hər sözə fikir verməz. O söz lap güllə kimi atılsa da. Onsuz da bu dünyada Zaman hər kəsi və hər şeyi özü yerbəyer edir.

Zaman dedim, ağlıma gəldi. Bu günə-sabaha İlqar Əlfioğluna dövlətdən ismarıc gələcək; pensiyaya çıxdığını xəbər verəcəklər. Bəlkə də artıq xəbər veriblər.

Bəli, İlqar usta bioloji yaşa görə pensiyaya çıxa bilər, çıxacaq. Çıxsın da. Amma sosial həyatdan, ictimai mühitdən, qaynar yaradıcılıqdan, bizimlə dostluqdan, qardaşlıqdan, ustadlıqdan pensiyaya çıxmasın. Çünki həyatımızda, sənətimizdə İlqar Əlfioğlunun öz yeri, öz hücrəsi, öz mərtəbəsi, öz məqamı var. Bu yer həmişə İlqar Əlfioğlunun özü ilə dolu qalsa, gözəldir. Birinə deyirsiniz ha: "Sözlü adama oxşayırsan". İlqar Əlfioğlunun da üzündə yazılıb, görən kimi, üzünə demısən də, ürəyindən keçirirsən: "Bu kişinin hələ demədikləri dediklərindən çoxdur, deyəsən."

Söz adamına yazacaq o qədər söz var ki. Bu dəfə - 65 illikdə ürəyimdəki sözlərin hamısını yaza bilmədim. Yazanın nəfəsi çatmır, oxuyanın hövsələsi. Bu, öz yerində. Amma həm də istədim, 75, 85, 95, 105... yaşlara da bir-iki cümlə qalsın...

Bahəddin Həzi, bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 Mart 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see583

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see309

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see308

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see219

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see219

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see218

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see218

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see210

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see206

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see205

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see205

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see205

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see203

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see201

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see201

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see199

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see198

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see198

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see197

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri