SpaceX orbitə buraxdığı peyklərin sayını açıqladı
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Falcon 9 buraxılış vasitələri Starlink qlobal internet əhatə dairəsini genişləndirmək üçün bu həftə 85 mini-peykini orbitə uğurla çıxarıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə SpaceX şirkəti məlumat yayıb.
Raketlər 28, 29 və 31 oktyabr tarixlərində Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri Bazasından və Floridadakı "Cape Canaveral" Hərbi Hava Qüvvələri Bazasından buraxılıb.
Bütün Starlink internet peykləri təyin olunmuş orbitlərinə çatıb.
2019-cu ilin may ayından bəri SpaceX Starlink layihəsinin bir hissəsi olaraq 10.200-dən çox peyk buraxıb. Bu peyklərdən bəziləri sıradan çıxıb. Orbitdə 8.800-dən çox peyk fəaliyyət göstərir.
SpaceX Yer kürəsindəki hər kəsə genişzolaqlı internet çıxışı təmin edəcək tammiqyaslı şəbəkə yaratmaq üçün 12.000 kosmik cihazdan (və nəticədə 34.000) ibarət orbital şəbəkə qurmağı planlaşdırır. Layihəyə qoyulan ümumi investisiyanın 10 milyard dollar olduğu təxmin edilir.
Elvin
Ölkə.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 01 Noyabr 2025 22:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















