Icma.az
close
up
RU
SpaceX şirkəti ilə bağlı qərar dəyişdi: İddiasını geri çəkmək...

SpaceX şirkəti ilə bağlı qərar dəyişdi: İddiasını geri çəkmək...

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Ədliyyə Nazirliyi İlon Maska məxsus "SpaceX" şirkətinə qarşı açdığı diskriminasiya (hüquqi və fiziki şəxslərlə müqayisədə hüquqlarının boğulmasını bildirən hüquqi termindir) iddiasını geri çəkmək qərarına gəlib.

"Cebheinfo.az" "New York Times" qəzetinə istinadən xəbər verir ki, bu barədə Texas ştatının Cənub Dairə Məhkəməsinə rəsmi müraciət təqdim olunub.

İddianın dayandırılmasının səbəbləri açıqlanmayıb. Məhkəmə sənədində qeyd olunur ki, əgər iddia ləğv olunarsa, gələcəkdə bu məsələyə görə "SpaceX"-ə qarşı yeni məhkəmə işi açılmayacaq.

Xatırladaq ki, ABŞ Ədliyyə Nazirliyi 2023-cü ilin avqustunda "SpaceX"-i qaçqınlara və sığınacaq axtaran şəxslərə qarşı ayrı-seçkilikdə ittiham edərək məhkəməyə vermişdi. 

İddiada şirkətin 1965-ci il “İmmiqrasiya və Vətəndaşlıq” Qanununu pozduğu bildirilirdi. Qanuna əsasən, işəgötürənlər qaçqınları və sığınacaq axtaranları işə qəbul zamanı ayrı-seçkiliyə məruz qoya bilməzlər, əgər bunun üçün xüsusi qanun, hökumət sərəncamı və ya dövlət müqaviləsi yoxdursa. 
Nazirlik iddiasında "SpaceX"-in bu cür məhdudiyyətlər tətbiq etməyə heç bir hüquqi əsasının olmadığını vurğulamışdı.

ABŞ hökuməti "SpaceX"-dən zərərçəkmiş şəxslər üçün kompensasiya ödənilməsini, şirkətə cərimə tətbiq olunmasını və işə qəbul siyasətinin dəyişdirilməsini tələb edirdi.

Buna cavab olaraq İlon Mask ABŞ Ədliyyə Nazirliyini ikili standartlarda ittiham etmiş və qurumun özünə qarşı məhkəmə işi açmalı olduğunu bildirmişdi.

Səbinə Uğur
"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Fevral 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see316

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see288

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see287

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see278

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see277

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see269

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see268

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see265

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see260

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see253

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see240

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see237

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see229

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see222

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see221

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see220

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see206

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see205

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri