Icma.az
close
up
RU
Spartak Stankoviçlə yollarını ayırdı namizədlər arasında Qurban Qurbanov da var!

Spartak Stankoviçlə yollarını ayırdı namizədlər arasında Qurban Qurbanov da var!

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

''Spartak'' yenə məşqçi istefası ilə gündəmə gəlib. Rusiya futbolunun flaqmanı Deyan Stankoviç ilə qarşılıqlı şəkildə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, ekstravaqant və çılğın xarakteri üzündən Rusiyada tez-tez müxtəlif qalmaqallarda iştirak edən, eləcə də cəzalar alan serbiyalı çalışdırıcı 2024-ün mayından ''Spartak''ın başında idi.
Daha öncə ''Srvena Zvezda'' ilə 5 titul qazanan, eləcə də ''Ferenstvaroş''u ölkə çempionu edən 47 yaşlı mütəxəssis ilyarımlıq Rusiya macərasını titulsuz tamamladı. Moskva nəhəngi onun dönəmində keçirdiyi 64 rəsmi oyundan 37 qələbə, 11 heç-heçə, 16 məğlubiyyətlə ayrılmış oldu.
Maraqlıdı ki, qələbə sayına görə Stankoviç ''Spartak'' tarixindəki məşqçilərin ilk ''10-luğ''una daxil olmağı bacarıb. Bu siyahıya Oleq Romantsev (325 qələbə) başçılıq edir. Əslində ''Spartak'' son iki rəsmi oyunda qalib gəlmişdi. Amma komanda premyer-liqada ilk dövrəni zirvədən 8 xal geridə olmaqla 6-cı pillədə tamamladı. Hətta debütant "Baltika'' ilk dövrəni ''Spartak''dan daha yaxşı göstəricilərlə bitirdi.
Bundan başqa ''Axmat'' üzərində qazanılan son səfər qələbəsinin ardından Stankoviç ona hakimlə bağlı sual ünvanlayan jurnalisti sərt sözlərlə acıladı və bu üzdən növbəti dəfə ciddi tənqid obyektinə çevrildi. İstefada bu məqam da az rol oynamadı.
Yeni təyinata qədər ''Spartak''da baş məşqçi səlahiyyətlərini Vadim Romanov icra edəcək. Maraqlıdı ki, ''ağ-qırmızılar''ın başına keçməyə namizədlər arasında Qurban Qurbanovun da adı var. Amma ''Qarabağ''ın baş məşqçisi ''Spartak''da işləmək istəmir. O, ''Qarabağ''ı yalnız İstanbul nəhənglərindən, yəni ''Qalatasaray'', ''Fənərbaxça'' və ''Beşiktaş''dan birinə görə tərk edə bilər. Bu xəbəri Rusiyanın ''Legalbet'' saytı paylaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Noyabr 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see300

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see165

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see151

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see150

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see149

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see147

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see147

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri