Icma.az
close
up
RU
“Sportinq” titulu Amorimsiz qorudu

“Sportinq” titulu Amorimsiz qorudu

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Portuqaliya çempionatının yüksək liqasında 2024/25 mövsümü çox maraqlı keçdi.

Mövsümün gedişində baş məşqçilərini dəyişən “Sportinq” və “Benfika” futbolsevərlərə sonuncu tura qədər davam edən intriqalı mübarizənin həyəcanını yaşatdılar. Finiş Lissabon klublarından “Sportinq” üçün uğurlu alındı. Başqa sözlə, “şirlər” titulu qorumaqla primeyra liqada 21-ci zəfərini rəsmiləşdirdilər!
Amorim getsə də, “Sportinq” zirvədə qaldı
“Sportinq” mövsümə titula əsas iddiaçı kimi başlamışdı. 2020/21 mövsümündə komandanın 19 illik çempionluq həsrətinə son qoyan Ruben Amorim üç ildən sonra da baş məşqçi vəzifəsində yüksək səviyyəli işlər görmüşdü. Bu ilin yanvarında 40 yaşını tamamlayan portuqaliyalı mütəxəssisin komandası ilk 11 turda xal itirmədi! “Şirlər”i dayandırmağın mümkün olmayacağını düşünənlərin sayı kifayət qədər idi. Ona görə ki, son çempion rəqiblərini, sözün həqiqi mənasında əzib keçirdi. Lakin paytaxt klubunda vəziyyət qəfil dəyişdi: rəhbərlik komandanı 2020-ci ildən çalışdıran Amorimi qoruya bilmədi. “Mançester Yunayted”dən gələn təklifi müsbət cavablayan baş məşqçinin gedişi sanki ruh düşkünlüyü ilə müşayiət olundu.
İngiltərəyə noyabrın sonunda yollanan Amorimin yerini tutan Joao Pereyranın fəaliyyəti fiasko ilə yadda qaldı: “ağ-yaşıllar” onun başçılığı altında keçirdikləri 4 oyundan 1 qələbə, 1 heç-heçə və 2 məğlubiyyətlə ayrıldılar. Vəziyyətin ciddiliyini nəzərə alan rəhbərlik dekabrın 29-da keçirilən Lissabon derbisi ərəfəsində adekvat addım atmağı lazım bildi: Pereyra istefaya göndərildi, yerinə isə Ruy Borjeş təyin olundu. 2023-24-cü illərdə “Gimaraynş” və “Moreyrense”ni çalışdıran 43 yaşlı mütəxəssisin debütü əla alındı: “Sportinq” yeni il ərəfəsində evdə “Benfika”ya minimal hesabla qalib gəldi. Yeni çalışdırıcı komandada uzun illər tətbiq olunan 3-4-3 sxemini dəyişdi. Lakin 4 müdafiəçili düzülüşə üstünlük verən Borjeşin bu yeniliyi çempionun ənənəvi oyununa heç də müsbət təsir etmədi.
Fevralda ardıcıl üç heç-heçədən sonra baş məşqçi əvvəlki taktiki düzülüşə qayıtmağı lazım bildi. Komanda yenidən qələbələri sıralamağa başladı. Mövsümün sonuncudan əvvəlki turunda daha bir vacib matç vardı: maraqlıdı ki, mayın 10-na təyin olunan növbəti paytaxt derbisi ərəfəsində “Sportinq” ilə “Benfika” eyni – 78 xala malik idi. “Şirlər” əlavə göstəricilərə əsasən əzəli rəqibini turnir cədvəlində qabaqlayırdılar. Deməli, onları derbidə heç-heçə qane edəcəkdi. Borjeşin komandası səfər oyununda hesabı erkən açandan sonra bütün diqqətini müdafiəyə ayırdı. Fasilədən sonra cavab qolunu vuran meydan sahibləri qələbəyə layiq oyun sərgilədilər. Lakin “Benfika”nın səyləri qalan vaxtda bir nəticə vermədi. 1:1 hesablı “sülh” praktiki olaraq “Sportinq”in titulu qoruyacağı anlamına gəlirdi. Belə də oldu: sonuncu turda “Gimaraynş” üzərində 2:0 hesablı qələbə “ağ-yaşıllar”ı ardıcıl 2-ci, ümumilikdə isə 21-ci dəfə Portuqaliya çempionluğuna qovuşdurdu!
Viktor Dyökereş son mövsümdə də məhsuldar fəaliyyəti ilə çempionluqda böyük rol oynadı. Xatırladaq ki, “Sportinq” 2023-cü ildə isveçli hücumçuya görə “Koventri”yə 21 milyon avro ödəmişdi. Sözün düzü, heç də məşhur olmayan futbolçu üçün bu qədər xərcə düşmək çoxlarında təbii təəccüb doğurmuşdu. Amma bu da var ki, Viktor 2023/24 mövsümündə yeni komandasında inanılmaz inkişafa nail olmuş, 33 oyunda 29 qol vurmaqla primeyranın ən yaxşı bombardiri adını qazanmışdı. İlk mövsümündə 10 məhsuldar ötürmə də edən Dyökereşin bu dəfəki göstəriciləri, sadəcə, fantastik alındı: çempionatın 33 oyununda 39 qol vuran ucaboy (189) hücumçu 8 dəfə assist etdi.
İyunun 4-də 27 yaşını tamamlayan macarəsilli skandinaviyalı bütün turnirləri nəzərə almaqla 52 oyunda 54 qolun və 13 məhsuldar ötürmənin müəllifi oldu. Hücum xəttinə Fransişko Trinkanın böyük dəstəyini də qeyd etməliyik. “Barselona”nın sabiq vingeri 9 qol və 15 assist ilə komandasının mövsümü hamıdan çox - 88 qolla başa vurmasında pay sahibi oldu!
“Benfika” Liqa kuboku ilə kifayətləndi
Rocer Şmidtin “Benfika”dakı üçüncü mövsümü uğursuz başladı. Komandanın ilk 4 turda 7 xal qazanması rəhbərliyi qane etmədi və almaniyalı mütəxəssis istefaya göndərildi. Şmidtin yerinə təyin olunan Bruno Laje komandanı 2018/19 mövsümündə çempionluğa daşımışdı. 49 yaşlı mütəxəssisin dönüşü ardıcıl 8 qələbə ilə müşayiət olundu. “Qartallar” dekabrda “Sportinq”ə uduzsalar da, onların çempionluq yarışında sona qədər ola biləcəkləri ehtimal edilirdi. Bu ehtimal doğru çıxdı, lakin artıq qeyd etdiyimiz kimi, finişdən əvvəl evdə “şirlər”ə qalib gələ bilməməsi “Benfika”nın azarkeşlərinin ümidlərini bulanıq suya qərq etdi.
Lajenin komandası finalda məhz “Sportinq”ə qalib gələrək Liqa kuboku ilə kifayətləndi. “Benfika”nın ölkə kubokunun finalında əzəli rəqibinə uduzduğunu da qeyd edək.
“Portu” yenə 3-cü oldu
Mövsüm “Portu” üçün uğursuz alındı. Halbuki Vitor Brunonun komandası ilk 10 turdan sonra lider “Sportinq”dən yalnız 3 xal geri qalırdı. Ancaq yanvarda nəticələr pisləşdi. Bunun səbəblərindən biri Vanderson Qaleno ilə Niko Qonsales kimi aparıcı oyunçuların satılması oldu. Bruno istefaya göndərildi, onun yerini tutan argentinalı Martin Anselmi bir qədər kasad heyətlə də olsa, nəticələri yaxşılaşdırdı. Lakin lissabonlularla müqayisədə aşkar zəif görünən “əjdahalar” ardıcıl ikinci mövsümü bürünc medallarla başa vurdular.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 İyul 2025 21:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri