Sabah Azərbaycana dolu düşəcək
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Avqustun 20-də Azərbaycanda sabah hava əsasən yağmursuz olacaq, bəzi rayonlarda yağış yağacaq.
Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyinin gündüz arabir güclənəcəyi gözlənilir:
"Havanın temperaturu gecə 21-24° isti, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Qərb gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq".
Baxış sayı:53
Bu xəbər 19 Avqust 2026 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















