Icma.az
close
up
RU
SSRİ yə görə yaradıldı, dost ölkəyə hücum etdi 48 saatlıq razılıq

SSRİ yə görə yaradıldı, dost ölkəyə hücum etdi 48 saatlıq razılıq

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Pakistan və Əfqanıstandakı Taliban rejimi arasında yaşanan qarşıdurma fonunda Kabilin xahişi ilə 48 saatlıq atəşkəs barədə razılığa gəlinib.

Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanata görə, bu qısamüddətli humanitar atəşkəs zamanı tərəflər arasında konstruktiv dialoqun aparılması planlaşdırılır. Atəşkəsin davamlı sülhə çevrilməsi isə qarşıdakı danışıqlardan asılı olacaq.

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov bildirib ki, Pakistan və Əfqanıstan sərhədində qarşıdurma daha əvvəllər də olub:

“Son illərdə belə toqquşmalar tez-tez baş verir. Maraqlıdır ki, Əfqanıstanın xarici işlər nazirinin Hindistana səfərindən sonra gərginlik daha da artıb.

Ümumiyyətlə, Talibanın Əfqanıstanda hakimiyyətə gəldiyi gündən tərəflər arasında fikir ayrılıqları var. Bu məsələnin kökü uzun müddət əvvələ dayanır. Hələ SSRİ qoşunlarının Əfqanıstana müdaxiləsindən sonra Pakistan ərazisində Taliban təşkilatı yaradıldı, bu ölkənin xüsusi xidmət orqanları müxtəlif güc mərkəzləri ilə birlikdə qruplaşmaya təlimatlar verdi, maddi-texniki təminatla dəstək göstərməyə çalışdı.


İlyas Hüseynov

Bu gün isə vəziyyət tamamilə dəyişib. Pakistan ərazisində Əfqanıstana, Əfqanıstan ərazisində isə Pakistana qarşı neqativ əhval-ruhiyyədə olan müxtəlif silahlı qruplar fəaliyyət göstərir. Taliban hərbi baxımdan kifayət qədər texniki təchizata və döyüş təcrübəsinə malikdir, çünki son illər bir çox müharibələrdən keçib.

Hesab edirəm ki, indiki məqamda atəşkəsin əldə edilməsi müsbət hadisədir. Hər halda bu iki ölkənin müharibə etməsi region üçün böyük risklər daşıyır. Ona görə də tərəflərin dialoq yolu ilə razılığa gəlməsi mühüm əhəmiyyət kəsb edir”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:257
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Oktyabr 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see384

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see376

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see372

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see368

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see366

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see346

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see346

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see330

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see327

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see326

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see311

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see309

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see302

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see293

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see278

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see272

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see263

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see223

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see223

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri