Bu ölkəyə 48 saatda 5 hücum edilib
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Yaxın Şərqdə gərginlik artmaqda davam edir. Son 48 saat ərzində Səudiyyə Ərəbistanının müxtəlif ərazilərinə beş ayrı hücum həyata keçirildiyi bildirilir. Yəməndə fəaliyyət göstərən, İran tərəfindən dəstəklənən husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad və digər bölgələrdə strateji əhəmiyyətli obyektləri hədəf aldıqlarını açıqlayıblar.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, hücumlarda Ər-Riyad, Cizan, Əl-Əhsa və digər bölgələrdə yerləşən strateji obyektlər, o cümlədən hava limanı, neft-qaz infrastrukturu və elektrik stansiyaları hədəfə alınıb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası isə ölkəyə doğru buraxılan üç ballistik raketin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıb.
Rəsmi məlumata görə, hadisələr nəticəsində mülki şəxslər arasında xəsarət alan olmayıb.
Vilayət Muxtar
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 29 Noyabr 2026 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















