Icma.az
close
up
RU
Stadiona gələn azarkeşlərimiz bizdən qollar gözləsin Valdas Dambrauskas

Stadiona gələn azarkeşlərimiz bizdən qollar gözləsin Valdas Dambrauskas

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

"Sabah" iyulun 10-da Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Selye"ni qəbul edəcək.

"Football-plus.az" xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Hər birinizi salamlayıram. Çox şadam ki, oyunöncəsi mətbuat konfransında bu qədər media nümayəndəsi var. Əlbəttə, bu cür oyunlar futbol ictimaiyyəti üçün çox önəmlidi. Böyük həyəcanla matçı gözləyirik. "Selye"nin böyük təcrübəsi var. Ötən mövsüm sürpriz nəticələr qazanıb. Bu cür güclü rəqiblərə qarşı oynadıqca daha da inkişaf edirsən. Rəqibin gücünə bələdik. Əlimizdən gələni edəcəyik. Bizi dəstəkləyənləri stadiona çağırıram. Söz verirəm ki, 1-ci mərhələ üçün yaxşı nəticə qazanmağa çalışacağıq.
- Azərbaycana gəlişiniz necə baş tutdu? "Sabah"dan təklif alanda necə reaksiya verdiz?
- Bəzən belə hallarda çox tez qərar verirsən. "Sabah"dan təklif alansa başqa klubla müqaviləm var idi. Bu komandanın iddiası məni özünə cəlb etdi. 8 ildi yaranmasına baxmayaraq, kubok qazanıb, xeyli uğurlar əldə edib. İnanıram ki, "Selye" ilə matçda növbəti uğuru qazanacağıq.
- "Sabah" Sloveniya komandasını nəyin hesabına keçə bilər?
- Bu cür oyunlarda xırda detallar çox şeyi gəll edir. Biz rəqibi analiz etmişik. Ancaq komanda haqda məlumatımız azdı. "Selye" 5-6 futbolçusuyla yollarını ayırıb. Cəmi bir yoxlama matçı keçirib. İstər Avstriyada, istərsə də burdakı məşqlərdə futbolçularımın istəkli olduğunu gördüm. Belə davam etsək, növbəti mərhələyə adlaya bilərik.
- Bakı sizin üçün düşərlidimi? Nəzərə alaq ki, Cənubi Kiprin "Omoniya" komandasında çalışarkən burda "Zirə"ni mübarizədən kənarlaşdırmışdız. "Sabah"ın potensialını necə dəyərləndirirsiz?
- "Sabah" müasir hücum futbolunu sevir. Mənim də oyun üslubum budu. İstəyirəm ki, komandam ardıcıl qollar vursun.
- "Sabah"ın basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis də litvalıdı. Bura gəlməyiniz də onun da rolu varmı?
- Xeyr. "Sabah" rəhbərliyini tanıyırdım. Başqa adamların müdaxiləsinə ehtiyac yox idi.
- Həyəcanlı və səbrsiz olduğunuzu dediz. Bu, komandaya mənfi təsir edə bilərmi?
- Mənfi təsir edəcəyini düşünmürəm. Komanda yetərincə istəklidi. "Selye"ni keçəcəyimizə inanırıq. Yenə deyirəm, bunun üçün əlimizdən gələni edəcəyik.
- Hücum futbolunu sevdiyinizi dediz. Avstriyada 5 qol vuruldusa, 5 qol buraxıldı. Bu, müdafiə xəttindəki səhvlərdən xəbər verirmi?
- Yoxlama oyunlarında güclü rəqiblərlə qarşılaşmağa üstünlük verirəm. Belədə səhvlərimiz daha aydın görünür. Yoxlama oyunlarında qalib gəlsək, hansı zəif cəhətlərdən bəhs etmək olar? Futbolçularım özünü xoşbəxt hiss edir. Stadiona gələn azarkeşlərimiz bizdən qollar gözləsin. Düzdü, məşq prosesi qısa oldu. Lakin kollektivimə inanıram.
- "Sabah"ın heyəti iddialı olsa da, ötən mövsüm premyer-liqasa gözləntiləri doğrultmadı. "Futbol ili"ni 5-ci pillədə tamamladı...
- Hər şeyin fərqindəyik. Bilirik ki, ötən mövsüm çempionla - "Qarabağ"la aradakı xal fərqi 41 olub. İlk iki həftə ərzində komandada çox yaxşı şeylər gördüm. Futbolçularıma deyirəm ki, səhv etməkdən qorxmasınlar. Buna görə onları danlamayacam. Oyunçular arasındakı əlaqələr də çox önəmlidi. Bütün komponentləri birləşdirmək lazımdı. Komandanı oyundan-oyuna yaxşılaşdırmaq niyyətindəyəm.
- Maraqlıdı, millimizin də üzvü olan qapıçı Yusif İmanov da nə gördüz ki, həm təlim-məşq toplanışına aparmadız, həm də avrokubokların iştirak ərizəsinə salmadız?
- Bu qərar məndən əvvəl verilib. Bu barədə nəsə deyə bilmərəm.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 İyul 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see126

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see122

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri