Stalin Leninlə qonşu oldu FOTO
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Voloqda vilayətində İosif Stalinə ikinci abidə ucaldılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Kommunist Partiyasının Voloqda Vilayət Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, abidə tarix-diyarşünaslıq muzeyinin yaxınlığında, Vladimir Leninin büstünün yanındadır.
” Stalinin adı əbədi olaraq Böyük Vətən Müharibəsindəki qələbə ilə bağlıdır”, – deyə sakinlər bildiriblər.
Qeyd edək ki, iki rus liderin abidəsinin yanaşı qoyulması maraqla qarşılanıb.
Bundan əvvəl 15 yaşlı Volqoqrad sakini Regina Sultanova Rusiya Prezidenti Vladimir Putinə şəhərin adının “Stalinqrad” olaraq dəyişdirilməsini təklif etmişdi. Rusiya lideri isə yerli sakinlərin əksəriyyətinin bu qərarı dəstəkləyəcəyi təqdirdə, bunun mümkünlüyünü istisna etməyib.
Günay Rəsulqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 05 May 2025 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















