Icma.az
close
up
RU
Stalini geridə qoyan Putin dövrü: qəddar şovinizm, zorakılıq və rus xalqının faciəsi…

Stalini geridə qoyan Putin dövrü: qəddar şovinizm, zorakılıq və rus xalqının faciəsi…

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Stalin repressiyaları. Bu, Rusiyanın, ümumilikdə postsovet məkanının ən ağır, ən faciəli dövrlərindən biri sayılır. Bu gün Rusiyada baş verənlər Stalin represiyalarının yenidən geri qayıtdığının təsdiqidir, amma daha dəhşətli formada. Bunu Putin dövrü saymaq olar. Əgər Stalin dövründə insanlar kütləvi şəkildə həbs olunaraq, güllələnirdilərsə, Putin dövründə insanlar həbs olunmadan, evlərində, yatdıqları yerdə güllələnir. 
Stalin dövründə insanları evlərində, küçələrdə güllələmirdilər, həbs edirdilər, məhkəmə keçirilirdi, məhkənin qərarı ilə ölüm hökmü icra olunurdu. Putin dövründə isə heç bir məhkəmə qərarı olmadan, insanlar evlərində, küçələrdə sorğusuz-sualsız qətlə yetirilir.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Yekaterinburqda azərbaycanlıların evlərinə basqın etməsi, yatdıqları yerdə insanların qətlə yetirilməsi, küçələrdə döyülməsi Stalin dövründən daha dəhşətlidir. Bu, Putin dövrünün qəddarlığıdır.
Tarix Rusiyanın digər xalqlara qarşı zorakılıq səhifələri ilə doludur. İstər Çar Rusiyası, istər SSRİ dövründə olsun, istərsə indi. SSRİ-nin ən qəddar dövrünü Stalinin adı ilə bağlı idisə, bu gün Putin öz əməlləri ilə onu da keçib. Hazırda Rusiyada azərbaycanlılara, özbəklərə, qırğızlara, türkmənlərə və digər millətlərin nümayəndələrinə qarşı həyata keçirilən şovinist, diskriminasiya və islamofob siyasətin başında Rusiya rəhbərliyi, birbaşa prezident Vladimir Putin dayanır.
Putin əslində Rusiyanın əsrlər boyu digər xalqlara qarşı qəddar siyasət ənənəsini davam etdirir, amma daha sərt formada, özünəməxsus şəkildə. Ukraynada bombalanan şəhərlər, qətlə yetirilən mülki insanlar bunun real mənzərəsini ortaya qoyur. Halbuki, ukraynalılar dil, din və etnik baxımdan slavyandırlar, yəni ruslarla eyni kökə məxsusdurlar. Rusiya bu müharibədə öz qardaşlarını qətliama məruz qoyur. Ukrayna şəhər və kəndlərinin yer üzündən silinməsi, Buçada törədilən soyqırımı, mülki insanların raket zərbələrinin altında məhv edilməsi Putinin qardaş qətliamından başqa bir şey deyil. 
90-cı illərdə Azərbaycan da eyni qətliamlara məruz qalmışdı, Xocalıda törədilən soyqırımı kimi. Torpaqlarımız işğal edildi, şəhərlərimiz, kəndlərimiz məhv edildi, insanlarımız qətlə yetirildi. Bu terrorun icraçısı Ermənistan idisə, sifarişçisi və dəstəkçisinin Rusiya olduğunu hər kəs bilir. Rusiyanın 366-cı alayının Xocalı soyqırımında iştirakı da sirr deyil. Eyni qətliam 20 Yanvarda Bakı küçələrində törədilmişdi. Torpaqlarımızın 30 ilə yaxın işğalda qalmasının əsas dəstəkçisi yenə Rusiya idi.
Bu gün Rusiya şovinizminin fərqli formalarda tətbiq edildiyini görürük. Hazırda Rusiyada digər xalqlara qarşı törədilən cinayətlər şovinizm və islamofobiyanın ən yüksək həddə çatdığını təsdiq edir. Rusiya “etnik cinayət” adı altında etnik təmizləmə həyata keçirir. Eyni təmizləmə siyasəti 90-cı illərdə çeçen xalqına qarşı törədilmişdi, indi digər xalqlara qarşı etməyə çalışırlar.
Rusiyanın yenidən 90-cı illərə qayıtdığı müşahidə edilir. Şovinizmin çiçəklənməsi, qeyri-rusların qətlə yetirilməsi, zorakılığa məruz qalması və s. Lakin bir fərq var. Əgər 90-cı illərdə bu “skinhedlər” vasitəsilə edilirsə, indi birbaşa Rusiya hüquq-mühafizə orqanları küçələrdə terror əsdirir. Rus Pravoslav kilsəsi isə barışdırıcı rolda olmaq əvəzinə, qızışdırıcı yer tutur, ideoloji təxribatları əsaslandırır, hüquq-mühafizə orqnlarının qəddarlığına, qanunsuzluq və özbaşınalığına haqq qazandırır.
Kreml “Etnocinayətkarlıq” adlı bir termin uydurub, qeyri-ruslara qarşı törədilən zorakılığı, bir sözlə etnik təmizləmə siyasətini bu ad altında qanuniləşdirməyə çalışır. Bu, Rusiyanın törətdiyi və daha da genişləndirməyi planlaşdırdığı etnotəmizləmə siyasətinə zəmin yaradır.
Bütün bunlar humanizmdən dəm vuran Rusiya dövlətinin, həm də rus xalqının faciəsidir. Bu faciənin başında da məhz Putin dayanır.
Yekaterinburqda azərbaycanlılara qarşı törədilən zorakılıq Rusiyanın Azərbaycana qarşı siyasətinin davamıdır. AZAL-ın təyyarəsini vurdular, mülki insanlar həlak oldu, Rusiya cinayətkarları cəzalandırmaq əvəzinə hadisəni ört-basdır etməyə çalışır, digər tərəfdən, Azərbaycana qarşı təzyiqlərə əl atır. 
Milli Məclisin deputatı Azər Badamovun Rusiyada hava limanında saxlanılması və deport edilməsi, media resurslarımıza qarşı kiberhücumların həyata keçirilməsi bu siyasətin tərkib hissəsidir. İndi də soydaşlarımıza qarşı zorakılığa əl atırlar. Rusiya bu gün özünün ən qəddar dövrünü yaşayır. Bu, Putin dövrüdür.
Vasif Həsənli
Demokrat.az xəbər portalının baş redaktoru
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 İyun 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see196

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see167

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see164

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see151

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see150

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see137

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see135

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see130

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see129

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see129

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri