Icma.az
close
up
RU
Putin: Demokratiyanın mürdəşiri, şovinizm bələdçisi

Putin: Demokratiyanın mürdəşiri, şovinizm bələdçisi

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Putin - o, təkcə bir prezident deyil, həm də bir rejim, bir qorxu maşını, bir imperiya kölgəsidir.

O, tarix boyu xalqları susduranların varisidir. Çarın taxtı artıq qızıldan deyil, amma qərq etdiyi qaranlıq əvvəlkindən daha zülmət, daha riyakar və daha sistemlidir. Rusiyada azərbaycanlıların, özbəklərin, çeçenlərin və neçə-neçə qeyri-rus millətlərin səsləri itir, amma bu səssizliyin müəllifi kimlərsə deyil, şəxsən Prezident Vladimir Putindir.

O Putin ki, artıq uzun müddətdir siyasi opponentlərə, azad mediaya və qeyri-rus xalqlara qarşı eyni repressiya alətlərindən istifadə edir. Onun qurduğu rejim təkcə avtoritar deyil, həm də etnik və dini əsaslı ayrı-seçkiliyi legitimləşdirən, hətta təşviq edən sistemdir. Putin öz hakimiyyətini qorumaq üçün ölkədə düşmən obrazı yaratmağa ehtiyac duyur. O bu düşməni yalnız Qərb və ya Ukraynada deyil, həm də öz ölkəsində - azərbaycanlı, özbək, qırğız, çeçen və digər xalqlarda - müsəlmanlarda axtarır. Bu gün Rusiyada milli və dini azlıqlara qarşı aparılan ayrı-seçkilik təkcə bir cəmiyyətin rasizm problemi deyil, bu, şəxsən Vladimir Putinin siyasi strategiyasının bir hissəsidir. Onun rəhbərlik etdiyi sistem ədalət deyil, qorxu və parçalanma üzərində qurulub. Putin faktiki olaraq Rusiya cəmiyyətini bir etnik və dini ideya ətrafında formalaşdırmaq istəyir. Bu ideyanın mərkəzində yalnız rus və xristian-pravoslav kimliyi var. Putin özünü müasir çar kimi aparır, amma onun siyasəti Rusiya imperiyasının ən qaranlıq səhifələrini təkrar edir.

Girişdə Putinin portretini əbəs yerə cızmadım, çünki hazırda Rusiyada azərbaycanlılara, özbəklərə, qırğızlara, türkmənlərə və digər millətlərin nümayəndələrinə qarşı həyata keçirilən şovinist, diskriminasiya və İslamofob siyasətin təməlində də məhz Putin hakimiyyəti dayanır. Ümumiyyətlə, Rusiya dövlətçiliyinin əsrlər boyu müxtəlif xalqlara qarşı apardığı siyasətə nəzər saldıqda, bu gün Putinin yürütdüyü xəttin yeni bir sistem deyil, sadəcə daha sistemli, daha texnoloji və daha sərt bir formada davam etdiyini görürük. Yəni Putinin qaniçən siyasəti Rusiya üçün yeni deyil, sadəcə olaraq Moskvanın əsrlərlə formalaşdırdığı imperialist, rusmərkəzli və assimilyasiyaedici siyasətin müasirləşdirilmiş və daha avtoritar versiyasıdır. Bu gün rus olmayan xalqlara qarşı artan təzyiq istər hüquqi, istər ictimai, istərsə də mədəni müstəvidə, imperiya reflekslərinin yenidən dirçəlişi kimi başa düşülməlidir. Tarix təkrar olunur, amma daha sərt nəticələrlə.

Məqsəd nədir?

Bu prosesin əsas məqsədi rus olmayan xalqları sosial, iqtisadi və mədəni sferalarda sıxışdırmaq, onları ya assimilyasiya etmək, ya da ölkədən uzaqlaşdırmaqdır. Xüsusilə miqrasiya sistemindəki qeyri-insani münasibət, hüquq-mühafizə orqanlarının selektiv və kobud davranışları, media üzərindən aparılan təbliğat və dini azadlıqların məhdudlaşdırılması bu siyasətin açıq elementləridir. Çünki Rusiyada etnik və dini diskriminasiya yalnız yerli strukturların təşəbbüsü ilə deyil, birbaşa federal səviyyədə tətbiq olunan siyasi kursla bağlıdır. Vladimir Putinin rəhbərlik etdiyi sistemdə "rus kimliyi" anlayışı dövlət ideologiyasının mərkəzində dayanır. Bu anlayışın içərisində qeyri-rus xalqlara, xüsusilə türkdilli və müsəlman əhalisinə yer yoxdur. Putin rejimi formal şəkildə multikultural və dini dözümlülükdən danışsa da, real siyasət tam əksini göstərir. Dövlət mediası və təhlükəsizlik orqanları vasitəsilə qeyri-rus xalqlar ictimai şüurda "təhlükəli", "güvənilməz" və "özgə" obrazı ilə təqdim edilir. Bu isə onlara qarşı hüquqi və fiziki təzyiqləri legitimləşdirən ictimai zəmin yaradır.

Tarix təkrarlanır

Xatırlatmaq yerinə düşər ki, SSRİ-nin ikinci və ən qəddar lideri kimi yadda qalan İosif Stalinin hakimiyyət illərində də müsəlman xalqların kütləvi sürgünləri, dini və milli kimliyin sıxışdırılması və mərkəzləşmiş rus hegemonluğu özünün ən yüksək həddinə çatmışdı. Baxmayaraq ki, "Koba" özü gürcü idi. Amma o da başa düşürdü ki, Rusiyaya rəhbərlik edirsənsə, rusdan daha çox rus, daha dəqiq desək, hamıdan daha zalım olmalısan. Çünki bu ölkənin ənənəvi siyasətinin təməlində bu dayanır: işğal, irqçilik, şovinizm. Putin isə sələflərinin siyasətini bu gün daha müasir üsullarla davam etdirir.

Rusiya və Prezidenti Putin üçün həyəcan siqnalı

Putin rejiminin qurduğu bu model təkcə dövlət strukturlarında deyil, cəmiyyətdə də şovinist və İslamofob düşüncənin yayılmasına səbəb olur. Etnik rus olmayanların "ikincidərəcəli vətəndaş" kimi qəbul edilməsi, onların cinayət və təhlükəsizlik problemləri ilə eyniləşdirilməsi, sosial media və kütləvi informasiya vasitələrində aparılan anti-müsəlman təbliğat - bütün bunlar dərin ictimai parçalanmaya səbəb olur. Putin başa düşməlidir ki, bu siyasət uzunmüddətli perspektivdə ölkə daxilində sosial qarşıdurma riskini artırır. Bu isə yalnız etnik xalqları deyil, bütövlükdə regionda sabitliyi, multikulturalizm dəyərlərini və beynəlxalq hüququn norma və prinsiplərini təhdid edir. Bu baxımdan, bu siyasətə qarşı həm daxili, həm də beynəlxalq aləmdə ciddi etiraz və müqavimət vacibdir.

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 İyun 2025 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri