Icma.az
close
up
RU
Yekaterinburq hadisələri rus şovinizm siyasətinin növbəti təsdiqidir

Yekaterinburq hadisələri rus şovinizm siyasətinin növbəti təsdiqidir

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir neçə gün əvvəl Rusiyanın Yekaterinburq şəhərində FSB-nin keçirdiyi xüsusi əməliyyat nəticəsindən azərbaycanlılara qarşı törədilən qəddar və qeyri-insani rəftardan sonra belə qənaətə gəlmək olar ki, baş verən hadisələr rus şovinizm siyasətinin tərkib hissəsidir. Bir daha əminliklə qeyd etmək istərdim ki, Rusiya hələ də milli və dini ayrı-seçkilik, habelə şovinizim siyasətindən əl çəkə bilmir. Orada yaşayan müxtəlif xalqların nümayəndələrinə qarşı zaman-zaman dövlət səviyyəsində törətdilən ağlasığmaz vəhşiliklər də bundan xəbər verir. Dinc əhaliyə qarşı törədilən ölümlə nəticələnən zorakı əməliyyat, əslində, Rusiyada yaşayan qeyri-rus millətlərinə qarşı terror hadisəsidir.

Gununsesi.info xəbər verir ki, bunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çinfiz Qənizadə Musavat.com-a açıqlamasında bir neçə gün əvvəl Rusiyanın Yekatrinburq şəhərində azərbaycanlılara qarşı törədilən qəddarlıq və kütləvi həbslərə münasibət bildirərkən bildirib.

Tanınmış hüquqşünas deyib ki, təbii ki, bu hadisə insan hüquqlarının kobud şəkildə pozulması ilə yanaşı, etnik zəmində ayrı-seçkilik və vəhşilik nümunəsidir:

“Rus şovinizm siyasəti qəddarlığına görə nəinki erməniləri, hətta faşistləri də geridə qoyub. Yekaterinburq hadisələri barədə məlumat alan kimi gözlərim önündə Xocalı faciəsi canlandı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı soyqırımını məhz SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan ruslardan ibarət 366-cı motoatıcı alayı vasitəsilə həyata keçirdilər və bir gecənin içərisində Xocalı şəhəri yerlə-yeksan edildi, yüzlərlə insan, onlarla ailə məhv edildi. Dinc insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdi. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və digər eybəcər və qorxunc şəklə salınanlar çoxluq təşkil edirdi. Bax, budur Rusiyanın mərhəməti, demokratiyası və haqq-ədalət tərəfdarı olması. Necə deyərlər, bu qətliamın adı ermənilərin , dadı isə rus şovinistlərinin oldu. Həmin hadisələrdən sonra biz rus şovinistlərinin törətdikləri çoxlu sayda vəhşiliklərin şahidi olmuşuq.

Xatırladım ki, 2024- cü il dekabrın 25- də qəzaya uğrayan AZAL təyyarəsinin Rusiyanın “Pantsir-S” HHM müdafiə sistemi ilə vurulduğu da artıq öz təsdiqini tapdı. Qəzadan sonra Rusiya prezidenti Vladimir Putinin Rusiya hava məkanında baş verən “faciəli insident”ə görə Azərbaycan Prezidenti İlham Əliyevə üzrxahlıq etməsi də bundan xəbər verir”.

Ç.Qənizadə bildirib ki, rus şovinizm siyasətinin nəticəsi olan belə qəddarlıq və vəhşiliklər barədə kifayət qədər faktlar var:

“Bu hadisələri xatırlatmaqda məqsəd Rusyanın riyakar siyasətni ifşa etməkdir. Xatırladım ki, 2022- ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb. 43 bənddən ibarət bu Bəyannamə imzalanarkən Rusiya və Azərbaycan və iki ölkənin xalqları arasında dostluq və mehriban qonşuluq tarixi ənənələrinə, dərin mədəni, humanitar əlaqələrə sadiqlik nəzərdə tutulub. Xatırladım ki, 1997 –ci il 3 iyul, 2008-ci il 3 iyul və 1 sentyabr tarixlərində də dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik və strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Həmin sənədlərdə bir çox məsələlər, o cümlədən iki ölkənin qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan hərtərəfli və bərabərhüquqlu əməkdaşlığının genişləndirilməsinə dönməz sadiqlikləri ifadə edilib. Budurmu Rusiyanın dövlət başçısının imzaladığıa sənədlərə hörmət və sadiqliyi? Baş verən hadislər bir daha təsdiləyir ki, Rusiya şovinizm siyasətindən əl çəkmir və belə sənədləri imzalamaqla beynəlxaıq aləmdə özünü demokratik ölkə kimi göstərməyə, həmçinin beynəlxalq ictimiyyəti aldatmağa çalışır. Rusiyanın Ukraynaya qarşı başladığı müharibə, bu xalqa, dinc əhaliyə qarşı törətdiyi vəhşilik, qəddarlıq, dağıntı və günahsız insanların kütləvi qətliamı şovinizm siyasətinin növbəti mərhələsi idi. Daha bir qəddarlığı, vəhşiliyi Yekatrinburqda azərbaycanlılara qarşı törədərək bu yolda bir daha bu ölkədə hüququn və qanunun aliliyinin olmaması və digər xalqlara kin və nifrətin daha yüksək təzahürü kimi özünü göstərdi”.

Hüquq müdafiəçisi 2022-ci il fevralın 22-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin inzaladığı “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin 40-cı maddəsini xatırladıb. Həmin maddədə deyilir:

“Tərəflər, milli qanunvericiliklərinə uyğun olaraq iki ölkənin xalqlarının mənəvi və mədəni yaxınlığının saxlanmasına hərtərəfli yardım etmək, Tərəflərin ərazilərində yaşayan milli azlıqların tarixi, mədəni və dini irsinin, eləcə də etnik, dil və mədəni özünəməxsusluqlarının qorunması, saxlanması və inkişafını təmin etmək, onların nümayəndələrinin ictimai-siyasi, mədəni və sosial-iqtisadi həyatda fəal iştirakına şərait yaratmaq niyyətindədirlər. Bununla əlaqədar olaraq, Tərəflər milli qanunvericilik çərçivəsində Rusiya Federasiyasının və Azərbaycan Respublikasının iqtisadi, mədəni və humanitar əlaqələrin genişlənməsinə töhfə verəcək diaspor təşkilatlarının fəaliyyətlərinin təşviqi üçün addımlar atacaqlar”. Əgər Rusiyanın dövlət başçısı imzaladığı sənədə əməl etmirsə, deməli, gələcəkdə bu ölkədən digər xalqlara qarşı daha qatı amansızlıq və qəddarlığın şahidi olacağıq.

Ç.Qənizadə Rusiyanın separatçı münasibətini, rus şovinizm siyasətini, islamofobiya yanaşmasını, milli ayrı-seçkiliyi kəskin pisləyərək deyib:

“Yekaterinburq şəhərində Rusiya dövlətini təmsil edən silahlı dəstələrin azərbaycanlıların yaşadıqları evlərə basqın etdiklərinə, dinc insanları qətlə yetirdiklərinə və vəhşicəsinə döydüklərinə ciddi etirazımı bildirirəm. Bu hadisələri Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin nəzarətə götürməsi hələ məsələnin tam həll olunacağına ümid vermir. Çünki bu şovinizm siyasəti Kremldən qaynaqlanır”.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:37
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 İyun 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu tarixdə yerə METEOR YAĞACAQ Azərbaycandan da...

13 Avqust 2025 04:00see231

Pakistan ordusuna hücum: 9 əsgər həlak oldu

12 Avqust 2025 21:33see210

Nyu York birjasında təbii qaz bahalaşıb

13 Avqust 2025 08:53see160

Husilər PUA larla İsrailə zərbələr endiriblər

13 Avqust 2025 01:16see133

Makron Rusiya əleyhinə yeni sanksiyalar paketinin hazırlanmasından danışdı

13 Avqust 2025 19:27see129

Şimali Koreyalılar kütləvi şəkildə Rusiyaya işləməyə göndərilir

12 Avqust 2025 21:16see127

Qarabağ UEFA reytinqində Azərbaycanın mövqeyini möhkəmləndirdi

13 Avqust 2025 10:21see126

Qarabağ qalibiyyətə LAYİQ KOMANDADIR Şkendiya nın baş məşqçisi

12 Avqust 2025 22:41see125

Şəfa Qəbələ toplanışında 3 sınaq matçı keçirəcək AÇIQLAMA

12 Avqust 2025 21:16see123

Norveç ilə İsveç arasında dağ dişi qaz zəminində münaqişə yaranıb

13 Avqust 2025 06:28see120

5 min manatlıq reklam qiyməti: Blogerlər buna görə lüks həyat yaşayır AÇIQLAMA

13 Avqust 2025 19:32see120

Mərkəzi Gömrük Hospitalında təlim keçirilib

13 Avqust 2025 11:40see119

Liverpul dan A Seriyası klubuna 35 milyon avroluq təklif

13 Avqust 2025 00:53see119

AZAL və “Gulf Air” arasında kod şerinq razılaşması imzalanıb

13 Avqust 2025 14:30see118

220 kiloluq qadın ərinin üstünə yıxıldı Ən qeyri adi ÖLÜM

13 Avqust 2025 22:26see118

“Qarabağ”dan dördüncü qol Yenilənir

12 Avqust 2025 20:37see117

Talassemiyanın tam müalicəsi mümkündürmü? Həkimdən AÇIQLAMA

13 Avqust 2025 15:18see116

2025 ci ildə ən çox turist qəbul edən ölkələr SİYAHI

12 Avqust 2025 16:02see115

Rusiyanı tərk edən Puqaçovanın qonorarı yarıya endirilib...

13 Avqust 2025 18:34see115

Fənərbaxça Feyenoord matçındakı 7 qol Video

13 Avqust 2025 09:03see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri