Stanislav Çerçesov: “Ferensvaroş” “Qarabağ” oyununun nəticəsi kimin güclü olduğunu göstərir
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
"Azərbaycan futbolu üçün uğurlu axşam oldu".
İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Rusiya millisinin və Macarıstanın “Ferensvaroş” komandasının sabiq baş məşqçisi, hazırda “Axmat” klubunu çalışdıran Stanislav Çerçesov “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçmiş komandasına 3:1 hesabı ilə qalib gəldiyi oyun barədə danışarkən deyib.
O, hesabın hər şeydən xəbər verdiyini bildirib: “Mən oyunu izləmədim, ona görə də futbolçuların vəziyyəti barədə konkret fikir bildirə bilmirəm. Ancaq nəticə kimin güclü olduğunu göstərir. Bu hesabdan sonra “Qarabağ” cütün favoriti sayılır. İki top fərqi böyük üstünlükdür. Bununla belə, cavab görüşü heç də asan olmayacaq. Bu səviyyədəki matçlarda hər detal həlledici rol oynaya bilər. Qurban Qurbanovu və “Qarabağ”ı qələbə münasibətilə təbrik edirəm. Hesab 3:1 oldu, deməli, güclü tərəf qalib gəldi. Uğurlar arzulayıram”.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 20 Avqust 2025 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















