Starshield qalmaqalı: Tramp, Zelenski və Mask üz üzə
Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukraynanın Rusiyaya qarşı hücumlarda istifadə etdiyi Starlink peyk sisteminin hərbi versiyası olan Starshield-ə girişin məhdudlaşdırılması Donald Tramp, Volodimir Zelenski və İlon Mask arasında mübahisəyə səbəb olub.
Turkustan.az xəbər verir ki, Tramp administrasiyası, Kiyev rəsmiləri və Mask sistemə girişin məhdudlaşdırılmasına görə qarşılıqlı ittihamlar səsləndirirlər.
Ukrayna rəsmilərinin sözlərinə görə, Starshield sisteminə tətbiq edilən məhdudiyyətlər Kiyevin cəbhə xəttinin arxasındakı hədəflərə qarşı istifadə etdiyi çoxsaylı dronların fəaliyyətinə mane olub. Bununla yanaşı, Rusiya hücumlarının qarşısını almaq üçün istifadə edilən hava hücumundan müdafiə sistemlərinin işində də problemlər yaranıb.
Tramp administrasiyası məhdudiyyətlərin tətbiqində müdaxiləsinin olmadığını iddia edir. Mask isə qərarların ABŞ hökumətinin nəzarəti altında olduğunu bildirir. Zelenski isə texniki müdaxilənin SpaceX tərəfindən həyata keçirildiyini deyir.
ABŞ Prezidenti Donald Tramp cümə axşamı xidmətin yenidən tam gücü ilə fəaliyyət göstərdiyini açıqlayıb. Lakin Associated Press-ə danışan avropalı rəsminin sözlərinə görə, sistem hələ də tam işlək vəziyyətə qayıtmayıb.
Aytən Yaşar/Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 23 Oktyabr 2026 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















