Icma.az
close
up
RU
Menu

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Zelenski hamını üz üzə qoydu: Tramp və Putin tanqosu gerçəkləşir…

Zelenski hamını üz üzə qoydu: Tramp və Putin tanqosu gerçəkləşir…

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ağ Ev administrasiyası elə də əziyyət çəkmədən genişmiqyaslı basqıları nəticəsində rəsmi Kiyevi Vaşinqtonun şərtləri daxilində Rusiya ilə atəşkəsə və Ukraynanın mineral ehtiyatlarından istifadəyə dair sazişi imzalamağa razı sala bildi. Martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ-la Ukrayna arasında baş tutan görüşdə Kiyev Ağ Evin atəşkəslə bağlı təklif etdiyi 30 günlük atəşkəs tətbiqinə hazır olduğuna razı olub. Kiyevin bu məsələdə əsas şərti atəşkəsin Rusiya tərəfindən qəbul edilməsi və eyni vaxtda həyata keçirilməsi olub. Vaşinqton da bu şərti qəbul edib. Kiyevlə Vaşinqton arasındakı görüşün yekunları həm Ağ Ev rəhbərliyi, həm də Avropa liderləri tərəfindən müsbət qiymətləndirilib. İstər Ağ Ev rəhbərliyi, istərsə də avropalı liderlər artıq topun Moskvanın meydançasında olduğunu bəyan ediblər. 

Ciddə danışıqlarının yekunlarını şərh edən ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiyanın atəşkəsə razı olacağına ümid edir. “Ukrayna atəşkəslə razılaşıb, indi prezident Putini buna razı salmalıyıq ki, bu prosesi hərəkətə gətirə bilək", - Tramp deyib.

O eyni zamanda əlavə edib ki, atəşkəs birtərəfli ola bilməz, bunun üçün də Putinlə danışacaq: "Tanqo üçün iki  nəfər lazımdır".  Belə bir fikri Trampın birinci prezidentliyi dövründə 2017-2018-ci illərdə ABŞ-ın dövlət katibi olmuş Reks Tillerson da dilə gətirərək deyib: “Rusiya ilə tanqo oynamaq mümkündür, lakin bunu Lavrovla etməyə hazırlaşmıram”.

Tramp bu dəfə Putini birgə tanqo oynamağa vadar edə biləcəkmi? Çox keçməyəcək, nəticə bəlli olacaq.  ABŞ dövlət katibi Marko Rubio bir neçə gün əvvəl bildirib ki, Rusiya-Ukrayna müharibəsi ABŞ və Rusiya arasında olan proksi müharibə adlandırıb. Bu səbəbdən də tanqonu Putin Zelenski ilə deyil, Trampla oynamalı olacaq. Çünki belə bir ifadəni Rusiya prezidenti Vladimir Putin və onun komanda üzvləri də öz şərtləri daxilində tanqo oynamaq fikrini dəfələrlə səsləndirib.    

Tramp onu da əlavə edib ki, Rusiyanı atəşi dayandırmağa məcbur etmək mümkün olmasa, o zaman ABŞ sadəcə olaraq mübarizəyə davam edəcək. Bu isə o deməkdir ki, Ağ Ev təşəbbüsü ələ alsa da, Kremlin məsələyə reaksiyasından ciddi narahatlıq keçirir.

ABŞ dövlət katibi Marko Rubio da qeyd edib ki, artıq top Rusiyanın meydançasındadır. Rusiyanın mövqeyi yəqin ki, tez bir zamanda bəlli olacaq. Çox güman ki, Kreml öz şərtləri daxilində “tanqo rəqsi” oynamaqla bağlı təklifini və meydançasındakı topu əks meydançaya ötürəcək. Yəqin ki, Kremlin məsələ ilə bağlı bir neçə variantdan ibarət cavabı artıq hazırdır. Şərtlər daxilində Ukraynanın Qərb strukturlarına, Aİ və NATO-ya inteqrasiyası, təhlükəsizlik zəmanətləri ilə bağlı, xüsusən də sülhməramlı qüvvələrin Ukrayna ərazisinə yerləşdirilməsi kimi məsələlərə etiraz edərək prosesi uzatmağa çalışacaq. 
Ağ Ev razılığın əldə edilməsi üçün Moskvaya bir çox məsələlərdə güzəştə getməyə və gərgin qarşıdurmanın yumşaldılması istiqamətində addımlar atmağa hazırdır. Lakin bu yumşalmanının həddi danışıqların gedişatından asılı olacaq.

Rusiya danışıqları uzatmaqla həm də Kurskdan Ukrayna ordusunu çıxarmalı və bacardıqca daha çox ərazini zəbt etməyi planlaşdırır. Artıq rus ordusu Ukrayna ordusunu Kurskdan sıxışdırıb tamamilə çıxarmaq ərəfəsindədir. Çox güman ki, ruslar Kurskla həmsərhəd Sumı vilayətinin müəyyən qisim ərazilərini ələ keçirməyə çalışacaq. Bununla da danışıqlar masasında əlini daha da gücləndirmək istəyir. Moskva meydançasında olan “top”u zərərsizləşdirib cavab zərbəsi ilə rəqib meydançasına qaytarmağı hədəfləyir. Odur ki, Rusiya-Ukrayna müharibəsində atəşkəsin yaxın günlərdə əldə olunacağını düşünmək sadəlöhvlük olar. Atəşkəs razılığının əldə olunması prosesi aprel-may ayınadək çəkə bilər.  

Tramp verdiyi vədə nail ola biləcəkmi? Bu oyunda kimin daha yaxşı oynayacağı qarşıdakı mərhələdə aydın olacaq. 

Tramp oyunu qazanmaq üçün əlindəki bütün kartlardan faydalanmağa çalışacaq. Çünki Ukrayna məsələsində əldə edəcəyi nəticə onun gələcək fəaliyyət taleyini müəyyən edəcək. Trampın bu uğuru prioritet sahələrdə də açar rolunu oynayacaq.

Mövcud şəraitdə nə qədər ağır olsa da, inadkar mövqedən geri çəkilərək Ağ Evin və Avropanın diktəsi ilə atəşkəsə razılıq verib konstruktiv mövqe sərgiləyən rəsmi Kiyev və Zelenskidir. Zelenski belə bir mövqe sərgiləməklə topu  həm ABŞ, həm Avropa, həm də Rusiya meydançasına ötürməklə bir növ üzərinə düşən məsuliyyəti yüngülləşdirib. Qarşıdakı mərhələdə uğurlu nəticə olmasa, Zelenskinin deməyə sözü olacaq. 

Kremlin cavabı bəlli olanadək isə Ağ Ev digər tərəfdən Rusiya-Ukrayna müharibəsinin bitməsi, təhlükəsizlik zəmanətləri məsələsini G7 və NATO baş katibi Mark Rutte ilə məsləhətləşmələr aparacaq. Danışıqlarda Ukraynanın uzunmüddətli təhlükəsizlik məsələləri əsasən NATO və G7 ölkələrinin üzərinə qoyulacaq. Bura sülhməramlı qüvvələrin Ukraynaya göndərilməsindən tutmuş, Ukrayna ordusunun yenidən formalaşdırılması, uzunmüddətli təhlükəsizliyin təmin olunması üçün davamlı sülhə nail olunması, iqtisadiyyatın yenidən ayağa qaldırılması kimi məsələlər daxildir. 

Ciddədə müzakirə olunan ikinci ən vacib məsələ isə Ukrayna ilə ABŞ arasında faydalı qazıntıların hasilatı ilə bağlı sazişin imzalanması məsələsi olub və tərəflər bu məsələdə də razılığa gəliblər. Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak bununla bağlı açıqlamasında deyib ki, amerikalı tərəfdaşları uyğun hesab etdiyi zaman sənəd imzalanacaq.  

Donald Tramp da bəyan edib ki, sənədi imzalamaq üçün Zelenskini Ağ Evə dəvət edəcək.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 Mart 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see305

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see298

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see295

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see280

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see279

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see273

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see264

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see261

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see261

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see245

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see234

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see224

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see223

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see220

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see218

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see216

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see209

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see208

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri