Zelenski Ukrayna üzərində Starshield in iş sürətinin məhdudlaşdırıldığını bildirib
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna hərbçiləri artıq bir neçə gündür ölkə üzərində "Starshield" peyk sisteminin iş sürətinin sistemli şəkildə məhdudlaşdırılmasını qeydə alırlar, bu isə Rusiyanın reaktiv pilotsuz uçuş aparatlarının ələ keçirilməsini çətinləşdirir.
"Cebheinfo.az" xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Onun sözlərinə görə, nasazlıqlar bütün cəbhə xətti boyunca və Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində müşahidə olunur. Söhbət sürətin 161 km/saat (saatda 100 mil) səviyyəsində məhdudlaşdırılmasından gedir.
O qeyd edib ki, Ukrayna hərbçiləri baş verənlərin incəliklərini araşdırıb və müəyyən ediblər ki, bu, təsadüfi yox, sürətin sistemli şəkildə məhdudlaşdırılmasıdır:
"Bizim üçün bu, ilk növbədə Rusiya reaktiv pilotsuz uçuş aparatlarının ələ keçirilməsinin əhəmiyyətli dərəcədə çətinləşməsi deməkdir. Təəssüf ki, məhvetmə vasitələri kifayət qədər sürət yığmadığı və hədəfləri vaxtında ələ keçirə bilmədiyi üçün artıq hədəfə dəymə halları qeydə alınıb".
V.Zelenski əlavə edib ki, Ukrayna ABŞ tərəfi ilə baş verənlərin bütün təfərrüatlarını aydınlaşdırmağa çalışır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 12 Noyabr 2026 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















