Icma.az
close
up
RU
Start heyətində çıxış etməyim baş məşqçinin qərarıdır Aydın Bayramov

Start heyətində çıxış etməyim baş məşqçinin qərarıdır Aydın Bayramov

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Zirə" Misli Premyer Liqasının birinci turunda "Şəfa ilə qarşılaşıb. "Qartallar" 2:0 hesabı ilə qalib gəliblər.

Meydan sahiblərinin qolkiperi Aydın Bayramov oyundan sonra Fanat.Az-a danışıb. 

"Qarşılaşma ilə bağlı onu deyə bilərəm ki, yaxşı matç oldu. Çətin rəqibə qarşı oynayırdıq. İlk görüşlərini keçirtdilər və motivasiyalı olacaqları bəlli idi. Onlar arzularına uyğun komanda qururlar və istədiklərini etməyə çalışırlar".

- Tiyaqoda zədə olmasaydı, səni yenidən start heyətində görmək mümkün ola bilərdi?

- Məncə, ötən mövsüm finala qədər yaxşı rəqabət var idi. Bu isə daha çox çalışmağımıza səbəb olan amildir. Start heyətində çıxış etməyim baş məşqçinin fikrindən asılıdır. Lakin əlimdən gələni edirəm ki, mövqeyimi qoruyum.

- Bu mövsüm üçün hədəfləriniz nələrdir?

- Bu “futbol ili”ndə də avrokuboklar üçün çətin mübarizə gözlənilir. Digər rəqiblərə də baxsaq, bu mübarizəyə yeni qoşulanlar, həm çempionluğa oynayanlar, həm də yenidən avrokuboklarda iştirak etmək istəyən komandalar çoxdur.

- Çempionluq hədəfi varmı?

- Nə qədər irəli gedə biləcəyimiz mövsümün gedişində bəlli olacaq. Ötən mövsüm ilə müqayisədə bu il rəqabət daha çoxdur. Bu, birinci tur idi. Açılış oyunlarına baxdıqda görürük ki, qarşıda çox gərgin oyunlar olacaq. Kim daha çox mübarizə aparacaqsa, nəticə əldə edəcək.

- Nicat Mehbalıyevin bugünkü çıxışı barədə nə deyə bilərsiniz?

- Yaxşı çıxış etdi, inamlı oynadı. Əslində, mənə onun oyununu dəyərləndirmək yaxşı düşmür. Çünki biz həmkar və rəqibik.

- Qapıda sizin stabil dayanmağınız milli komandaya çağırılmağınıza nə qədər təsir edəcək? Qarşıda Millətlər Liqasının oyunları da var.

- Milli komandada oynamaq hər bir futbolçunun arzusudur, həmçinin mənim də xəyalımdır. Amma bu, son çağırış deyil. Bundan öncəki çağırışlarda az oynayıb çağırılmışdım və oynamışdım. Deyəsən, 3-4 oyun keçirmişdim. İndi stabil oynayıram. Məşqçilər heyəti qərar verəcəklər, çağıracaqlar, ya yox.

- Növbəti matç “İmişli”yə qarşı olacaq. Gözləntiləriniz nələrdir? Keçən mövsüm üç oyunda sizə 1 qol vura biliblər…
- “İmişli” bizim üçün çətin rəqibdir. Yaxşı mübarizə aparan komandadır. Çalışacağıq ki, yaxşı hazırlaşıb qələbə qazanaq.

Əlisahib İbrahimli

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://fanat.az
archiveBu xəbər 17 Avqust 2026 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see365

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see351

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see275

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see265

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see255

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see244

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see237

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see236

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see231

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see223

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see221

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see212

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see211

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see190

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see188

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see185

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see177

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see173

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri