Icma.az
close
up
RU
Startapların maliyyələşməsi ilə bağlı qanun layihəsi hazırlanıb

Startapların maliyyələşməsi ilə bağlı qanun layihəsi hazırlanıb

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Azərbaycanda startapların maliyyələşməsini təmin edən maliyyə mexanizmləri yoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Prezident İlham Əliyevin sədrliyi ilə bu gün keçirilmiş "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bildirib.

"Bu, istər vençur olsun, kradfandinq olsun və sair. Bununla bağlı artıq qanun layihəsi var və fəaliyyət planında da nəzərdə tutulur ki, bu qanun layihəsi yaxın bir neçə ay ərzində qəbul edilsin. Qəbul edilərsə, faktiki olaraq bu günləri bizim bazarın potensialını əks etdirməyən cəmi 12 milyon manatlıq üç fond var. Yəni 12 milyon manat sərmayə yatıran mələk investorlardır. 12 milyon digər müxtəlif səviyyədə olan startaplara da yatırılacaq investisiyalardır ki, bu, bazarın inkişafı üçün yetərli deyil. Əgər belə bir mexanizm olarsa, mən əminəm ki, həm yerli investorlar və eyni zamanda, xaricdən fondları cəlb etməklə biz bazarın inkişafına kifayət qədər təkan vermiş olarıq", - deyə o qeyd edib.

Nazir insan kapitalı məsələsinə də toxunub: "Həm səyyahlarla, həm də "freelancer"lərlə bağlı burada kifayət qədər yumşalmaya və dünya praktikasında mövcud olan alətlərin tətbiqinə ehtiyac vardı. Əminəm ki, bunu da həmkarlarla müzakirə edib Sizə məruzə etdikdən sonra irəliyə doğru kifayət qədər addım atıla bilər. Burada startapların ilkin gəlirləri çox önəmlidir. Burada vacib məsələ startapın yaratdığı məhsulun bu və ya digər dövlətin özü tərəfindən nə qədər alınıb-alınmamasıdır. Burada da bəlli bir mexanizmlər var ki, tədbirlər planında öz əksini tapıb".

"Möhtərəm cənab Prezident, kibertəhlükəsizliyin vacibliyi ilə bağlı artıq Siz bildirdiniz. Son illər tərəfinizdən informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik Strategiyası qəbul edilmişdir və bizim bütün işlər bu strategiyaya uyğun həyata keçirilməkdədir. Ötən illəri İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının işi yenidən təşkil edilib və mən Sizi əmin etmək istəyirəm ki, bu Komissiya çərçivəsində kibertəhlükəsizliklə bağlı ölkəmizin qarşısında duran bütün çağırışlar yaxın vaxtlarda çoxplanlı şəkildə həyata keçiriləcək. Burada iki məqamı diqqətinizə məruzə etmək istərdim ki, sahəvi SOC-ların, - buna Kibertəhlükəsizlik Əməliyyat Mərkəzi deyirlər, - yaradılması çox vacibdir. Biz bunun qanunvericilik bazasını yaratmalıyıq və eyni zamanda, CERT-lərin (red. - Elektron Təhlükəsizlik Xidməti) yaradılması vacibdir. Onların da yaradılması ilə bağlı tədbirlər planında bəlli müddəalar var", - deyə R.Nəbiyev fikrimi tamamlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Fevral 2026 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see389

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see361

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see306

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see285

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see281

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see274

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see263

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see256

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see255

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see240

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see230

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see228

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see225

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see222

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see220

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see216

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see215

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see211

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri