Icma.az
close
up
RU
Statistika Komitəsində ixtisar iddiaları: İşçilərin müraciəti əsasında araşdırma başladı

Statistika Komitəsində ixtisar iddiaları: İşçilərin müraciəti əsasında araşdırma başladı

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Aparatının ləğv edilmiş Hüquq və insan resurslarının idarə edilməsi şöbəsi müdirinin müavini – Hüquq sektorunun müdiri Vüsal Novruz oğlu İsmayılov redaksiyamıza müraciət edərək bildirib ki, Dövlət Statistika Komitəsində işçilərə əvvəlcədən xəbərdarlıq edilmədən, 19.05.2026-cı il tarixində Komitənin kollegiya qərarı ilə struktur islahatları adı ilə Aparatın 4 şöbəsi ləğv olunub. 21.05.2026-cı il tarixində yeni şöbələr yaradılıb. Ləğv edilən şöbənin müdirləri və onların müavinləri aşağı vəzifələrə keçirilib və ya tutduqları vəzifədən ixtisar adı ilə qanunsuz və əsassız olaraq işdən azad ediliblər.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Bununla belə, ixtisar edilən işçilərə sözügedən Məcəllənin 83-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, işçiyə ödənilməli əməkhaqqı və digər ödənişlər) sonuncu iş günü ödənilməsi tələbi olduğuna baxmayaraq, qanunvericiliyin tələbi kobud şəkildə pozulmuşdur. Belə ki, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya və işçiyə ödənilməli əməkhaqqı hissə-hissə 2–3 həftə sonra ödənilmişdir. Lakin 35 gün keçməsinə baxmayaraq, Komitə tərəfindən ixtisar edilən işçilərə nə işdənçıxarılma müavinəti, nə də xəbərdarlıq müddəti əvəzinə qanunvericiliklə müəyyən edilmiş birdəfəlik ödəniş verilməmişdir. Göstərilən ödənişlərin ödənilməsi üçün nəzərdə tutulmuş vəsait isə aparılmış ixtisarlardan sonra Komitə tərəfindən dövlət büdcəsinə geri qaytarıldığı öyrənilmişdir.

Vüsal İsmayılovun bildirdiyinə görə, məsələ və işdən çıxarılma prosesində yol verilmiş digər qanun pozuntuları ilə bağlı o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə də müraciət etmişdir.

İşdən çıxarılma müavinəti və digər ödənişlərin gecikdirilməsi əmək qanunvericiliyinin tələblərinə nə dərəcədə uyğundur?

İxtisar olunan işçilərə ödənişlərin gecikdirilməsi əmək qanunvericiliyi ilə necə tənzimlənir?

Yaranan suallarla bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə (DƏMX) sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib: "Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilən işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, əməkhaqqı və digər ödənişlər) sonuncu iş günü ödənilməlidir. Həmçinin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən, işçi işdən çıxarkən ona çatacaq bütün ödənişlər tam məbləğdə həmin gün verilməlidir.

Vətəndaş İsmayılov Vüsal Novruz oğlunun əmək hüquqlarının pozulması ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə etdiyi müraciət qeydiyyata alınıb və hazırda araşdırılır. Bununla əlaqədar vətəndaş izahat vermək üçün dəvət olunub, şikayət edilən müəssisəyə isə müvafiq sənədlərin təqdim edilməsi üçün sorğu göndərilib".

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 27 İyul 2026 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri