Statistika Komitəsinin sədr müavini:
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.
"Tədbirdə ortaya qoyulmuş bütün məsələlər müzakirə olundu, eləcə də tədbir boyu dayanıqlı inkişaf məsələləri ilə bağlı qarşıda duran məsələlər, statistikada innovasiyalar və yeni texnologiyalar həyata keçirilmiş struktur islahatları və digər məsələlər müzakirə olundu".
Bu fikirləri Yeniazerbaycan.com-a açıqlamasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov Bakıda keçirilən 3-cü Beynəlxalq Statistika Forumu ilə bağlı fikirlərini bölüşərkən bildirib. O, tədbirdə olduqca faydalı məlumatların təqdim olunduğunu bildirib: "Belə bir forumun keçirilməsi, hesab edirik ki, yalnız Azərbaycanda deyil, iştirakçı ölkələrin statistika qurumlarının inkişafına da xidmət edəcək."
Yusif Yusifov əlavə edib ki, "Statistikanın inkişaf perspektivləri və beynəlxalq layihələr" mövzusuna həsr olunmuş foruma 16 ölkənin yüksək səviyyəli nümayəndələri, eləcə də Dünya Bankı və BMT-nin vəzifəli şəxsləri qatılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 26 Sentyabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















