Icma.az
close
up
RU
Diaspor Komitəsinin sədr müavini Borçalıda

Diaspor Komitəsinin sədr müavini Borçalıda

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədr müavini Vaqif Seyidbəyovun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 21-də Gürcüstana işgüzar səfər çərçivəsində Tbilisi şəhərində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, büstünün önünə gül dəstələri düzmüşdür.

Səfər çərçivəsində Azərbaycanın Gürcüstandakı səfirliyini ziyarət edən nümayəndə heyətinin Marneuli, Bolnisi, Dmanisi, Rustavi, Saqareco, Qardabani və Laqodexi rayonlarında fəaliyyət göstərən icma mərkəzləri və həmin rayonların rəhbərliyi ilə görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Marneulidəki “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov  bildirib ki, Gürcüstana səfəri çərçivəsində Vaqif Seyidbəyov və komitənin məsul əməkdaşları, eləcə də Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev onların məkanına da baş çəkiblər. Məhəbbət İmanov qonaqlara “Azərbaycan Evi”nin fəaliyyəti və görülən işlər barəsində ətraflı məlumat verib. Görüşdə “Azərbaycan Evi”nin qarşısına qoyulmuş məqsəd və vəzifələr barəsində fikir və təkliflər səsləndirilib.

Marneuli rayonunda Gürcüstan Azərbaycanlılarının İnteqrasiyası Mərkəzinin (GAİM) rəhbəri Murad Muradov bildirib ki, qonaqlar mərkəzin fəaliyyəti, həyata keçirlən layihələr, gələcək fəaliyyət planı ilə tanış olublar. GAİM-in fəaliyyətini yüksək qiymətləndirilib, gələcəkdə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən dəstək göstəriləcəyi vurğulanıb.

Komitə sədrinin müavini GAİM-də uşaqların bilik səviyyəsi  və dərnəklərin fəaliyyəti ilə tanış olub, mərkəzlərdə həyata keçirilən, eləcə də perspektivdə nəzərdə tutulan layihələrlə bağlı tövsiyələrini verib. 

Sonra Vaqif Seyidbəyovun Marneuli meri Kənan Ömərovla görüşündə qarşılıqlı maraq doğuran layihələr barədə geniş fikir mübadiləsi aparılıb. O qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın inkişafı və genişləndirilməsi daim hər iki ölkə rəhbərlərinin diqqət mərkəzindədir: “Bu baxımdan Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin aprelin 16-da Azərbaycana səfəri mühüm əhəmiyyət kəsb edir. Cənab Prezident ­İlham Əliyev vurğulayıb ki, Gürcüstan və Azərbaycanın birgə icra etdikləri layihələr həm ölkələrimiz və xalqlarımız üçün, həm də daha böyük coğrafiya üçün vacib önəm daşıyır”. 

Vaqif Seyidbəyov bildirib ki, bu gün Azərbaycanla Gürcüstan arasında qarşılıqlı-faydalı münasibətlər mövcuddur və bu əlaqələr əsl regional əməkdaşlıq nümunəsidir.

P.ƏMİRCANOV 
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Aprel 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri