Icma.az
close
up
RU
“STEAM təhsilində müasir çağırışlar və gələcək imkanlar” mövzusunda təlimlərə başlanılıb

“STEAM təhsilində müasir çağırışlar və gələcək imkanlar” mövzusunda təlimlərə başlanılıb

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 8 oktyabr, AZƏRTAC

Ümumdünya Kosmos Həftəsi 2025 çərçivəsində “STEAM təhsilində müasir çağırışlar və gələcək imkanlar” adlı təlim proqramının açılış mərasimi baş tutub.

AZƏRTAC xəbər verir ki, tədbir “Azərkosmos”un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı və “Space Camp Türkiyə” ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasının Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və “STEAM Azerbaijan” layihəsinin dəstəyi ilə həyata keçirilib. Rəsmi açılış mərasimi zamanı iştirakçılara Beynəlxalq Kosmik Stansiyanın modeli təqdim olunub.

İki gün davam edəcək təlimlərdə müəllimlər üçün xüsusi proqram təqdim olunub. Təlimlərdə Türkiyənin İzmir şəhərində yerləşən və dünyada tanınmış kosmik düşərgə olan “Space Camp Türkiyə”nin nümayəndə heyəti iştirak edir. “Space Camp Türkiyə”nin nümayəndələri azərbaycanlı müəllimlərlə öz təcrübələrini bölüşərək, STEAM (elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat) istiqamətində tətbiq olunan beynəlxalq təcrübə və metodologiyaları təqdim edəcəklər.

Təlimlərin əsas məqsədi müəllimlərin STEAM sahəsində müasir yanaşmalar və qlobal təcrübə ilə tanışlığını təmin etmək, bu biliklərin Azərbaycan təhsil sisteminə inteqrasiyasına dəstək göstərmək və gənc nəslin kosmos, texnologiya və elmi sahələrə marağını artırmaqdır.

2000-ci ildən fəaliyyət göstərən və ABŞ-ın Alabama ştatındakı “Space Camp”dan sonra dünyada ikinci belə düşərgə olan “Space Camp Türkiyə” il ərzində 60-dan çox ölkədən 260 mindən çox məktəblini qəbul edir. Düşərgə 9-16 yaş arası şagirdlər üçün nəzərdə tutulmuş müxtəlif proqramlar vasitəsilə yalnız nəzəri biliklər deyil, eyni zamanda, 2D, 3D və 4D texnologiyaları, interaktiv kosmik missiya simulyatorları ilə zənginləşdirilmiş praktiki təcrübələr təqdim edir.

Düşərgə, həmçinin məktəblilərin komanda işi, liderlik, tənqidi düşüncə və qlobal ünsiyyət bacarıqlarını inkişaf etdirmək məqsədilə genişmiqyaslı proqramlar həyata keçirir. Hər il keçirilən “Qalaktika yay düşərgəsi” çərçivəsində iştirakçılar “Aya kosmik missiyalar”, “Marsda kolonizasiya”, “Astronavt simulyatorları” və digər elmi-əyləncəli fəaliyyətlərdə iştirak edərək beynəlxalq sertifikatla təltif olunurlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2025 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see296

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see240

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see206

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see196

Epşteyn işinə görə ABŞ Konqresində ifadə verməlidir

23 Noyabr 2025 13:07see191

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see152

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see149

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see145

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see145

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see136

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see135

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see130

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see130

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see130

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see129

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see129

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see128

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see128

Merzdən Ukrayna ilə bağlı bəd xəbər

23 Noyabr 2025 19:15see127

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri