Icma.az
close
up
RU
Menu

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

"Sabah" ÇL də neçəncidir?

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

Yeni imkanlar və müasir çağırışlar

Yeni imkanlar və müasir çağırışlar

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Oktyabrın 15-də AMEA Lənkəran Regional Elmi Mərkəzində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqi və qarşıda duran vəzifələrlə bağlı elmi seminar keçirilib.
Əvvəlcə qonaqlar görkəmli dövlət xadimi, dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin Lənkəran şəhərinin mərkəzi meydanında yerləşən abidəsinin önünə gül dəstələri düzərək müstəqil dövlətimizin banisinə ehtiramlarını bildiriblər.
Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Elmi seminarı giriş sözü ilə AMEA Lənkəran Regional Elmi Mərkəzinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev açıb və “Elmi, ideoloji məsələlər: yeni dövrün çağırışları” adlı geniş məruzəsində bildirib ki, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqində irəli sürülən fikirlər və qarşıya qoyulan vəzifələr Azərbaycanın davamlı inkişafına, beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsinə xidmət göstərir.
Natiq çıxışını davam edərək deyib:- Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, milli həmrəyliyimiz və qüdrətli ordumuzun şücaəti sayəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub, ölkəmiz keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu baxımdan cəmiyyətimizin, o cümlədən xalqın ən çox inandığı alim və ziyalıların üzərinə mühüm vəzifələr düşür. Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında növbəti mühüm mərhələnin başlanğıcını ifadə edən siyasi hadisə kimi tarixə düşdü. Həm də qurultayın əhəmiyyəti yalnız Yeni Azərbaycan Partiyasının fəaliyyətinin növbəti hesabat dövrünün yekunlaşdırılması ilə məhdudlaşmır. Bu qurultay Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu, ölkənin qarşısında yeni imkanların və müasir çağırışların dayandığı bir mərhələdə keçirilməsi baxımından xüsusi siyasi məna daşıyır.
Daha sonra məruzələr dinlənilib. Şəhid atası, Astara Pedaqoji Kollecinin direktoru, Lənkəran Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru, YAP ərazi partiya təşkilatının sədri, VIII qurultay nümayəndəsi Kamran Kazımov “Yeni Azərbaycan Partiyasının tarixində yeni mərhələ”, YAP veteranı, Lənkəran Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, “Lənkəran” qəzetinin baş redaktoru, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Lənkəran rayon şöbəsinin sədri, Lənkəran şəhər Ağsaqqallar Şurasının üzvü Əlimərdan Əliyev “Cənab Prezidentin Yeni Azərbaycan Partiyasının VIII qurultayındakı hesabat məruzəsində səslənmiş çağırışlardan irəli gələn vəzifələr”, Qərbi Azərbaycan İcmasının və Yeni Azərbaycan Partiyasının üzvü, Dövlət İmtahan Mərkəzinin Lənkəran Regional Bölməsinin müdiri Nicat Hüseynov ” Milli maraqların və dövlətçilik ənənələrinin qorunması strateji prioritetdir” mövzularda məruzə ediblər.
Məruzəçilər müasir Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı və layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən güclü dövlətçilik strategiyasının dayandığını bildiriblər. Məruzələrdə o da vurğulanıb ki, dövlət başçısının qurultayda səsləndirdiyi fikirlər ölkəmizin daha parlaq gələcəyinin təmin olunması, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi, milli maraqlarımızın qorunması, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi, eləcə də regional, qlobal proseslərə təsir imkanlarının artırılması baxımından tarixi əhəmiyyətə malikdir.
Həmçinin tədbirdə müzakirələr zamanı müasir tələblərə cavab verən cəmiyyətin formalaşmasında elm və təhsilin, o cümlədən gənclərlə işin mühüm rolu da qeyd olunub. Gənc nəslin dövlətçilik dəyərlərinə bağlı ruhda yetişdirilməsinin və onun ictimai proseslərdə fəal iştirakının təmin edilməsinin vacibliyi deyilib.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə sona çatıb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Oktyabr 2026 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see352

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see350

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see338

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see268

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see237

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see236

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see225

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see223

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see220

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see212

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see191

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see187

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see175

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see174

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see169

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see168

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see165

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see160

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see158

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

14 Oktyabr 2026 00:59see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri