Stefan Julien istefaya göndərildi
Fransa Liqa 1 təmsilçisi “Renn” baş məşqçisi Stefan Julieni istefaya göndərib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
44 yaşlı mütəxəssis uğursuz nəticələr görə vəzifəsindən azad olunub. Julienin komandası son olaraq "Bordo"ya 0:4 hesabı ilə uduzub. "Renn" son 6 oyunun cəmi birində qalib gəlib.
Qeyd edək ki, “Renn” Fransa çempionatında 10 turdan sonra 11 xalla 13-cü sırada qərarlaşıb. Stefan Julien ötən ildən “qırmızı-qaralar”ı çalışdırırdı.
Baxış sayı:76
Mənbə:https://qol.az