Icma.az
close
up
RU
Ştefan Mayster: “Ermənistan Aİ yə can atmaqdansa, qonşuları ilə münasibətlər qursa daha yaxşıdır” MÜSAHİBƏ

Ştefan Mayster: “Ermənistan Aİ yə can atmaqdansa, qonşuları ilə münasibətlər qursa daha yaxşıdır” MÜSAHİBƏ

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Almaniya Xarici Əlaqələr Şurasının üzvü, alman politoloq Ştefan Mayster Caliber.Az-ın müsahibəsində Qafqazda gedən proseslər və Azərbaycan-Ermənistan nizamlanması barədə maraqlı fikirlər səsləndirib. Müsahibəni oxucularımıza təqdim edirik.

— Cənab Mayster, bu yaxınlarda erməni nəşrlərindən birinə müsahibənizdə Avropanın Cənubi Qafqazda ciddi oyunçu olmadığını bildirmişdiniz. Fikrinizi Brüsselin regionumuzdakı siyasətinin uğursuzluğu hesab etmək olarmı?

- Mən Avropanın Cənubi Qafqazda ciddi oyunçu olmadığını demədim, ancaq vurğuladım ki, Aİ bu regionda Türkiyə və Rusiya qədər güclü oyunçu deyil. Aİ siyasəti Cənubi Qafqazdakı vəziyyətə o qədər də uyğunlaşdırılmayıb və bu, son illərdə kəskin şəkildə dəyişib. Məsələn, biz görürük ki, bu gün Azərbaycan müvafiq iradə və alətlərlə Cənubi Qafqazda əsas oyunçuya çevrilib. Nəticədə ölkə bu regionda çox mühüm rol oynayır.

Avropa İttifaqının Qafqaz siyasətinə gəlincə, mənə elə gəlir ki, təşkilata üzv olan bəzi ölkələrin regiona daha çox təsir etmək üçün kifayət qədər iradəsi yoxdur, bu da yəqin ki, Aİ üçün prioritet olmaması ilə bağlıdır. Bununla belə, Aİ Şərq Tərəfdaşlığı siyasəti, infrastruktur investisiyaları və Azərbaycanla sərhəddə Ermənistanda yerləşən monitorinq missiyası vasitəsilə regionla məşğul olur. Bu missiya regional təhlükəsizliyin qorunması üçün çox vacibdir.

— Yəni siz Aİ missiyasını münaqişə tərəflərindən yalnız birinin– Ermənistanın maraqlarına cavab verməsinə baxmayaraq, regional təhlükəsizliyin qorunması baxımından səmərəli hesab edirsiniz?

— Aİ missiyasının münaqişənin bir tərəfinin maraqlarına cavab verməsi tezisi ilə razı deyiləm. Fikrimcə, missiya neytral aktyordur, bunun sayəsində şərti sərhəddə müəyyən şəffaflıq yaranıb və hücumlar əvvəlkilərlə müqayisədə azalıb. Ona görə də mən avropalı müşahidəçilərin fəaliyyətini müsbət qiymətləndirirəm və hesab edirəm ki, münaqişənin gərginliyini azaltmaq lazımdır. Hesab edirəm ki, missiya Azərbaycanda da yerləşsəydi, daha yaxşı olardı, amma bildiyimiz kimi, bu, Bakının maraqlarına uyğun deyil.

— Əgər dediyiniz kimi, missiya Ermənistan-Azərbaycan sərhədində stabilləşdirici rol oynayırsa, onda nə üçün onun əsas təşəbbüskarı olan Fransa Ermənistanı aktiv şəkildə ağır silahlarla təchiz edir, regionu yeni müharibə riski qarşısında qoyur?

— Fransanın Ermənistanla çoxdan yaxın münasibətləri var, orada böyük erməni diasporu yaşayır və mənə elə gəlir ki, Paris regionda güc balansını saxlamaq üçün İrəvanı silahlandırır, çünki Ermənistan kifayət qədər zəifdir və Azərbaycanla qarşıdurma yaratmaq iqtidarında deyil.

— Bakı ilə İrəvan arasında sülh sazişinin əldə olunmasına ehtimal verirsinizmi?

- Hesab edirəm ki, Ermənistan tərəfinin bu istiqamətdə kompromislərini nəzərə alsaq, Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə olunması üçün böyük şans var.

- Güzəşti harada görürsünüz? Axı Ermənistan Azərbaycana qarşı ərazi iddiaları olan konstitusiyasını dəyişməkdən imtina edir.

— Ermənistanın baş naziri Nikol Paşinyan konstitusiyanın dəyişdirilməsi ilə prinsipial olaraq razıdır, baxmayaraq ki, bu onun üçün çətin olacaq. Ancaq konstitusiyanın dəyişdirilməsinə razılığı əhali verir, çünki bu, ölkənin suverenliyi məsələsidir. Bununla belə, referendum keçirilməli olacaq və bu o qədər də sadə deyil.

- Ermənistanın Aİ-yə daxil olmaq üçün real şansı varmı? Bu hansı zaman çərçivəsində və hansı şəraitdə baş verə bilər?

- Mən düşünmürəm ki, Ermənistan yaxın on-iyirmi ildə Avropa İttifaqına daxil olacaq. Bu müddət ərzində nələrin baş verəcəyini və bu müddətdə dünyanın və regionun necə dəyişəcəyini proqnozlaşdırmaq çətindir. Hesab edirəm ki, Ermənistanın Aİ-yə inteqrasiya etməkdənsə, iqtisadiyyatını inkişaf etdirməsi, region ölkələri ilə əlaqələr qurması daha məqsədəuyğundur. Çox güman ki, Ermənistanın timsalında özünü tamamilə bu təşkilata yönəltməkdənsə, Avropa İttifaqının müxtəlif sahələrinə inteqrasiya etmək məntiqlidir.

Tərcümə - Elçin Bayramlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Fevral 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri