Stokholm Braziliyada keçiriləcək iqlim sammitinə nazir göndərməyəcək
Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsveçin noyabrda Braziliyada keçiriləcək COP30 iqlim sammitinə hökumət üzvlərindən heç birini göndərməyəcəyi məlum olduqdan sonra keçmiş xarici işlər naziri Marqot Vallström iqlim naziri Romina Purmuhtarini kəskin tənqid edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinə iqlim səfiri Mattias Frumeri rəhbərlik edəcək.
Keçmiş nazir bunu Purmuhtarinin hərəkətsiz səlahiyyət müddətinin “faciəvi sonu” adlandırıb və Stokholmun belə bir mühüm beynəlxalq tədbirdə təmsil olunmalı olduğunu bildirib.
Öz növbəsində, hamilə olan hazırkı nazir Zika virusuna yoluxma riski səbəbindən xaricə səyahət edə bilməyəcəyini və Ümumdünya Səhiyyə Təşkilatının və həkimlərin tövsiyələrinə əməl etdiyini vurğulayıb.
Liberalların lideri Simona Mohamsson Purmuhtarini müdafiə edərək, nazirlərin ailə həyatını dövlət qulluğu ilə birləşdirmək hüququna malik olduğunu qeyd edib.
Lakin M.Vallström nazirin səfəri hökumətin başqa bir üzvünə həvalə etməli olduğunu israr edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 04 Noyabr 2025 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















