Icma.az
close
up
RU
İsveçdə Stokholm marafonu keçirilir

İsveçdə Stokholm marafonu keçirilir

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Stokholm, 31 may, Nərgiz Cəfərli, AZƏRTAC

Bu gün İsveçin paytaxtında 24 minə yaxın insanın iştirak edəcəyi 46-cı Stokholm Marafonu keçiriləcək. Bu, yarışın bütün tarixində iştirakçı sayına görə rekord göstəricidir.

AZƏRTAC xəbər verir ki, bu il marafon iştirakçılarının orta yaşı nəzərəçarpacaq dərəcədə azalıb və təxminən 37 yaş təşkil edir. Üstəlik 14 mindən çox insan ilk dəfə məsafəni qət edəcək.

Yüzdən çox ölkənin nümayəndələrinin qatılacağı marafonda iştirakçıların əksəriyyəti İsveçdəndir. İkinci yerdə Böyük Britaniya, ondan sonrakı yerlərdə isə Finlandiya, Almaniya və Fransa nümayəndələri yer alıblar. Təşkilatçılar gənclər, xüsusən də qadınlar arasında qaçışa marağın durmadan artdığını qeyd edirlər.

Marafonun məsafəsi klassik olaraq qalıb – 42 min 195 metr. Həm idmançılar, həm də tamaşaçılar üçün şəraiti yaxşılaşdırmaq marşrutda üçün bəzi dəyişikliklər edilib. İştirakçılar bütün yarış boyu fəal dəstəklə müşayiət olunacaqlar.

Marşrut boyu 17 su nöqtəsi var, onlardan 10-da idman içkiləri də təklif olunur. Bundan əlavə, meyvələr, enerji gelləri, qəhvə və enerji mənbələri olan digər qida zonaları nəzərdə tutulub. Bu il marafon üçün 27 min 500 litr idman içkisi, 50 min litr su və 350 min bioloji parçalana bilən stəkanlara töküləcək 5500 litr kofe hazırlanıb.

Marafon boyu iştirakçıları DJ-lər, musiqi qrupları və fanatlar müşayiət edəcək.

Finiş xəttində hər bir qaçışçını xatirə medalı və marafon rəmzi olan futbolka gözləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 May 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see398

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see327

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see269

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see266

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see262

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see249

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see239

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see235

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see225

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see219

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see217

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see209

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see208

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see207

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see201

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see201

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see192

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see190

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see188

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri