Icma.az
close
up
RU
Stokholm Polşaya dəstək verməyə hazırdır

Stokholm Polşaya dəstək verməyə hazırdır

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Stokholm, 12 sentyabr, Nərgiz Cəfərli, AZƏRTAC

İsveç Ukraynaya 70 milyard kron (təxminən 7,5 milyard dollar) dəyərində yeni hərbi yardım paketi elan edib. O, yaxın iki il ərzində veriləcək.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, müdafiə naziri Pol Yonson vəsaitin əhəmiyyətli hissəsinin İsveç Müdafiə Materialları Agentliyi vasitəsilə silahların, o cümlədən Ukrayna ordusunun cəbhədə istifadə etdiyi əlavə “Archer” artilleriya sistemlərinin alınmasına sərf olunacağını bildirib.

Bundan əlavə, o qeyd edib ki, İsveç Rusiya pilotsuz təyyarələrinin Polşanın hava məkanına daxil olması ilə bağlı son insidentdən sonra bu ölkəyə hərbi dəstək verməyə hazırdır. Polşa NATO təyyarələrinin köməyi ilə bir neçə aparatı vurub - ilk dəfə alyans Rusiyanın Ukraynaya qarşı müharibəsi zamanı rəsmi olaraq silahdan istifadə edib.

Nazir vurğulayıb ki, Stokholm Varşava ilə tam birlikdədir və Polşa tərəfi belə bir ehtiyac bildirərsə, resursları təqdim etməyə hazırdır. Eyni zamanda o, istənilən qarşılıqlı fəaliyyətin NATO çərçivəsində həyata keçiriləcəyini dəqiqləşdirib.

Moskva Polşaya hücumla bağlı ittihamları rədd edərək, pilotsuz təyyarələrinin yalnız Ukraynanın qərbindəki hərbi obyektləri vurduğunu və Polşa ərazisində hədəflərinin olmadığını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Sentyabr 2025 01:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri