Icma.az
close
up
RU
Stokholm damlarda qida məhsullarını yetişdirməyə və tullantılarla mübarizə aparmağa başlayır

Stokholm damlarda qida məhsullarını yetişdirməyə və tullantılarla mübarizə aparmağa başlayır

Icma.az, Azertag saytına istinadən bildirir.

Stokholm, 8 iyul, Nərgiz Cəfərli, AZƏRTAC

Stokholm şəhəri iki mühüm problemin - böhran və müharibə zamanı ərzaq təminatı və qeyri-qanuni zibil atılmasının həllinə yönəlmiş yeni innovativ layihəyə başlayır.

AZƏRTAC xəbər verir ki, layihə “Bloomberg Philanthropies” qlobal təşkilat tərəfindən maliyyələşdirilir. Hansı ki, şəhərə təxminən 9 milyon kron (870 min dollara yaxın) ayırıb - Stokholm bu cür dəstəyi alan yeganə İsveç şəhəri olub.

Əsas təşəbbüslərdən biri də binaların damında şəhər əkinçiliyinin inkişafıdır. Şəhər Maliyyə İdarəsinin rəhbəri Karin Vanneqordun sözlərinə görə, şəhərdə kənd təsərrüfatına yararlı torpaqlar az olsa da, konteynerlərdə qida məhsullarını yetişdirmək üçün istifadə edilə bilən çoxlu damlar var.

“Tarlalarda və çəmənliklərdə yetişdirilə bilən damlarda yetişdirilə bilməz, lakin biz konteynerlərdə qida məhsullarını yetişdirə bilərik. Paris kimi bir çox Avropa şəhərləri artıq bu sahədə böyük uğurlar qazanıb”, - deyə o vurğulayıb.

Norra Djurgårdsstaden rayonu bu təcrübə üçün pilot zonası olacaq.

İkinci məqsəd təkrar emal məntəqələrinə yaxın ərazidə tullantıların qanunsuz atılması ilə mübarizədir. Səlahiyyətlilər problemin səbəblərini araşdırmaq, vətəndaşlar arasında maarifləndirməni artırmaq və tullantıların çox vaxt atıldığı yerlərdə videomüşahidə kimi texnologiyalardan istifadə etmək niyyətindədir.

Yaradılan innovasiya komandası Stokholmun daha ekoloji cəhətdən təmiz və özünü təmin edən şəhər olmasına kömək edəcək davamlı həllərin tapılması üzərində işləyəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 İyul 2025 03:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu çox ucuz vətənpərvərlik propaqandasıdır

20 Avqust 2025 17:47see355

Sabiq icra başçısının polkovnik oğlu vəfat etdi

20 Avqust 2025 16:24see180

Frenki de Yonqun yeni agenti Deku ilə görüşüb

20 Avqust 2025 17:20see158

Saç ustası olduğu deyilən həkim DANIŞDI

22 Avqust 2025 09:52see147

Mayor VƏFAT ETDİ görün kimi QARDAŞI imiş... FOTO

21 Avqust 2025 10:40see141

17 maddəlik sülh sazişinin əsas elementi budur…

20 Avqust 2025 17:38see129

Aynişan: “Restoranda “steak” 200 manat idi, dedim, nə yaxşı ucuzdur” VİDEO

21 Avqust 2025 18:15see125

Edin Cekodan Türkiyə futbolu və azarkeşləri barədə maraqlı sözlər

20 Avqust 2025 18:20see123

Şəmkirdə dönərdən zəhərlənən 20 nəfərin siyahısı açıqlandı YENİLƏNİB

21 Avqust 2025 01:39see121

İS.M.M MMC yə daha bir iri məbləğli sifariş

20 Avqust 2025 18:51see121

Ərdoğan Makronla müzakirə apardı

21 Avqust 2025 19:21see120

İsti havada artan tərləmə və ağız qoxusunun səbəbləri nədir? Qoxunu hansı qidalarla önləmək olar?

20 Avqust 2025 23:51see119

Pakistanda musson yağışları: 800 nəfər ölüb

20 Avqust 2025 17:43see119

Rəqsanə İsmayılovanın vəkilindən müğənnini dələduzluqda ittiham edən şəxsin videomüraciətinə MÜNASİBƏT

20 Avqust 2025 19:40see119

Avropa Liqası: “Samsunspor” ilk oyunda “Panatinaikos”a uduzub

22 Avqust 2025 00:08see118

Elzanın bu videosu tənqid edildi Video

21 Avqust 2025 15:18see118

Əlcəzairli boksçudan gözlənilməz qərar

21 Avqust 2025 05:18see118

Ukraynaya “Şahed” hücumu HHM lər işə salındı

21 Avqust 2025 01:24see118

“Qalatasaray” onu 8 milyona satdı

21 Avqust 2025 06:16see116

Məşhur ağrıkəsici şizofreniya simptomları YARATDI

22 Avqust 2025 00:10see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri