Icma.az
close
up
RU
Stokholm ifrat sağçıların fəallıq mərkəzinə çevrilir

Stokholm ifrat sağçıların fəallıq mərkəzinə çevrilir

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Stokholm, 10 mart, AZƏRTAC

İsveçdə ifrat sağçı təşkilatlar getdikcə daha çox fəallaşır və Stokholmda bu sahədə xüsusilə nəzərəçarpacaq artım qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, “Expo” fondunun yeni hesabatında bu cür qrupların ötən il 15 bölgədə iştirakını genişləndirdiyi göstərilir.

Ən əhəmiyyətli təsir iki təşkilat tərəfindən göstərilir: Şimal Müqavimət Hərəkatı (NMR) və “İsveçin aktiv klubu (AKS). AKS ən sürətli artım nümayiş etdirir, gənc tərəfdarları fəal şəkildə cəlb edir və sosial media vasitəsilə təbliğat aparır. Tədqiqatçılar hesab edirlər ki, bugünkü ifrat sağçı mühit getdikcə daha gizli fəaliyyət göstərir və nasist simvollarını açıq şəkildə nümayiş etdirməməyə çalışır.

Eyni zamanda, NMR kimi ənənəvi təşkilatların fəaliyyətində azalma müşahidə olunur. Səbəblərdən biri təşkilatın ABŞ-də terror təşkilatı qismində tanınması, onun ictimai fəaliyyətini azaltması və yeni üzvlər üçün cəlbediciliyin azalması hesab olunur.

Tədqiqatçılar qeyd edirlər ki, İsveçdəki ifrat sağçı səhnə parçalanmış olaraq qalır və əsasən fərdi liderlərin fəaliyyətindən asılıdır. Bir vaxtlar ekstremistlərin güclü olduğu Yönköping qraflığı kimi bəzi bölgələrdə hərəkat faktiki olaraq yoxa çıxıb.

Keçən il diqqətəlayiq hadisələrdən biri sözdə "Salem marşı” - 2000-ci ildə Salemdə qətlə yetirilən və sonradan ekstremistlər tərəfindən simvola çevrilən “Ağ güc” hərəkatı ilə əlaqəli 17 yaşlı nasist Daniel Vretströmün xatirəsinə yürüşün canlandırılması cəhdi idi. Lakin tədbir əvvəlkindən xeyli kiçik olub və cəmi 200 iştirakçı cəlb edib.

Bu arada, sosial media getdikcə daha vacib rol oynayır, burada ifrat sağçı qruplar təbliğat aparır və yeni tərəfdarlar cəlb edir. Mütəxəssislər, xüsusən də gənc radikallaşmış iştirakçılar arasında artan zorakılıq riski barədə xəbərdarlıq edirlər.

Hesabat müəlliflərinin fikrincə, ekstremist hərəkatların fəallaşması qarşıdan gələn seçki kampaniyası zamanı küçə zorakılığının artmasına səbəb ola bilər. Keçmişdə ifrat sağçılar seçkilər zamanı siyasi rəqiblərə və ictimai tədbirlərin iştirakçılarına hücum ediblər.

Nərgiz Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Mart 2026 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see515

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see503

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see374

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see360

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see358

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see355

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see339

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see307

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see303

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see254

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see250

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see229

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see229

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see220

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see216

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see193

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see192

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see192

Qlobal istiləşmə ildırım çaxmalarının sayını artıra bilər

24 Noyabr 2026 23:36see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri