Avropa İttifaqından Polşaya DƏSTƏK
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Avropa İttifaqı Polşa parlamentinin Konstitusiya Tribunalına yeni hakimlər təyin etmək hüququna malik olduğunu bəyan edərək Baş nazir Donald Tuskun mövqeyini dəstəkləyib.
Redaktor.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Məlumata görə, Avropa Komissiyası Polşada Konstitusiya Tribunalına nəzarət uğrunda hökumətlə mühafizəkar Prezident Karol Navrotski arasında dərinləşən qarşıdurmanı yaxından izləyir.
Avropa Komissiyasının demokratiya, ədalət və qanunun aliliyi məsələləri üzrə komissarı Maykl Makqrat bildirib ki, Polşanın Konstitusiya Tribunalı ölkə Konstitusiyasına və Avropa İttifaqı Ədalət Məhkəməsinin presedent hüququna uyğun fəaliyyət göstərməlidir.
O əlavə edib ki, yeni hakimlərin təyin edilməsi Polşa parlamentinin aşağı palatası olan Seymin səlahiyyətlərinə daxildir. Makqrat bu məsələdə Avropa Şurasının konstitusiya hüququ üzrə məsləhətçi qurumu olan Venesiya Komissiyasının mövqeyinin də aydın olduğunu vurğulayıb.
Qeyd edək ki, mübahisə 2015–2023-cü illərdə hakimiyyətdə olmuş “Hüquq və Ədalət” (PiS) Partiyasının məhkəmə sistemində apardığı dəyişikliklərin aradan qaldırılması cəhdləri ilə bağlıdır. Prezident Karol Navrotski hazırkı parlament çoxluğunun seçdiyi bəzi hakimlərin and içməsinə imkan verməyib. Tribunalın PiS-lə əlaqəli rəhbərliyi də həmin hakimlərin vəzifələrinin icrasına başlamasına mane olur.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 02 Noyabr 2026 10:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















