Stomatologiyada təhsil alan Naaz tiktoker oldu Dünyanı fəth edir FOTO
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Sosial media və moda dünyasında sürətlə yüksələn adlardan biri olan, fars əsilli kanadalı model və tiktoker Naaz Torbati dünya üzrə milyonlarla pərəstişkarın diqqətini çəkib.
Milli.Az xəbər verir ki, onun unikal görünüşü, şərqə məxsus cazibəsi və xarizması aparıcı model agentliklərinin də marağına səbəb olub.
Şərqli görünüşü ilə seçilən Naazın fotossessiyaları və podium çıxışları qısa müddətdə böyük rezonans yaradıb. Məhz bu səbəbdən o, Nyu-Yorkun nüfuzlu model agentliklərindən biri ilə müqavilə imzalayıb ki, bu da onun peşəkarlığının və istedadının beynəlxalq səviyyədə tanındığını təsdiqləyir.
Maraqlıdır ki, Naaz Torbati modadan əvvəl tamamilə başqa sahədə, stomatologiyada təhsil alıb. O, oxuduğu illərdə aparıcı klinikalarda uğurlu praktika keçsə də, tibbi karyera əvəzinə yaradıcılıq yolunu seçib. Sosial şəbəkələrdəki fəaliyyəti, moda sahəsinə marağı və özünü ifadə etmək istəyi onu model biznesinə gətirib.
Hazırda Naaz Torbati sosial şəbəkələrdə sürətlə populyarlıq qazanaraq həm Kanadada, həm də dünya miqyasında tanınmış simaya çevrilməkdə davam edir.
Kənan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 11 Dekabr 2025 23:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















