Icma.az
close
up
RU
Çin markaları dünyanı necə fəth edir?

Çin markaları dünyanı necə fəth edir?

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Çin markaları bütün sahələrdə qərbli rəqiblərini geridə qoyaraq dünya liderliyini ələ keçirir.

Oxu.Az focus.ua-ya istinadən xəbər verir ki, ukraynalı maliyyə eksperti Pavel Dukaç bu iqtisadi möcüzəni ətraflı izah edir.

Onun sözlərinə görə, on il əvvəl Çin məhsulları qərb məhsullarının ucuz təkrarı kimi qiymətləndirilirdi. Bu gün isə onlar təkcə Qərblə rəqabət aparmır, qaydaları dəyişdirərək dünya nəhənglərini üstələyirlər. Bunun necə baş verdiyini araşdıraq:

"Temu" - "Amazon": Aqressiv genişlənmə

2022-ci ildə fəaliyyətə başlayan "Temu" cəmi bir il yarım ərzində 49 ölkəni fəth edərək "Shein"dən sonra ikinci ən populyar alış-veriş tətbiqinə çevrilib:

2023-cü il gəliri - 16 milyard dollar, 2024-cü il proqnozu - 30 milyard dollar; ABŞ-də gündəlik reklam xərcləri - 3-5 milyon dollar; "Amazon"un elektron ticarətdə bazar payı 2021-ci ildə 56% ikən 2024-cü ildə 38%-ə enib.

"Temu" çox aşağı qiymətlər və aqressiv marketinq strategiyası ilə "Amazon" auditoriyasını özünə cəlb edir.

"Luckin Coffee" - "Starbucks": Qəhvə sənayesində rəqəmsal inqilab

2023-cü ildə "Luckin Coffee" Çində gəlir baxımından "Starbucks"ı üstələyib: 4.5 milyard dollara qarşı 3.9 milyard dollar.

"Luckin"nin 13.2 min, "Starbucks"ın isə 6.5 min qəhvə məntəqəsi var; Ortalama çek Çin brendində 2.5 dollar, "Starbucks"da 5 dollardır; Sifarişlərin 75%-i mobil tətbiq vasitəsilə edilir.

"Luckin" məkanın atmosferinə deyil, əlverişli qiymətlər və rəqəmsal texnologiyalara etibar etməklə qələbə çalır.

BYD - "Tesla": Çin elektromobillərdə yeni liderdir

2023-cü ilin 4-cü rübündə BYD elektromobil satışında "Tesla"nı üstələyib: 526 min maşına qarşı 485 min maşın.

Çin brendinin illik gəliri 85 milyard dollara çatıb; Çin markaları (BYD, "Nio", "Xpeng") dünya elektromobil bazarının 60%-nə sahibdir;

BYD əlverişli qiymətə malik və texnoloji cəhətdən inkişaf etmiş modellər təklif edərək istehsal həcmi ilə rəqiblərini üstələyir.

"Mixue Bingcheng" - "McDonald's": Çay və dondurma hamburgerlərə qarşı

Çay və dondurma şəbəkəsi "Mixue" Çində məntəqə sayına görə "McDonald's"ı keçib: 36 minə qarşı 6 min.

Gəlir - 3.2 milyard dollar; Qiymətlər: Çay - 70 sent (1 manat 20 qəpik), dondurma - 30 sent (50 qəpik); Şirkət hər saat 3 yeni məntəqə açır.

"Mixue" çox aşağı qiymətlər və hipermiqyaslı genişlənmə ilə qalib gəlir.

Bir sözlə, Qərb şirkətləri onilliklərlə qaydaları müəyyən edirdisə, Çin indi təşəbbüsü ələ keçirir və bunu heyrətamiz sürətlə edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:371
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 May 2025 02:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see516

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see404

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see361

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see280

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see273

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see261

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see255

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see254

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see245

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see237

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see230

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see223

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see220

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see216

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see214

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see207

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see206

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see192

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see191

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri