Icma.az
close
up
RU
Strateji dönüş: Qadın məhkumların cəmiyyətə inteqrasiyası gücləndirilir

Strateji dönüş: Qadın məhkumların cəmiyyətə inteqrasiyası gücləndirilir

Dogru.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı” penitensiar sistemdə islahatların dərinləşdirilməsi və insan yönümlü idarəetmənin təşviqi baxımından mühüm strateji sənəd kimi dəyərləndirilir.

“Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin sədri Firuzə İskəndərova bu sənədi cəmiyyətin inklüzivliyinin artırılması, insan kapitalının reabilitasiyası və qadın məhkumların sosial adaptasiyası istiqamətində kompleks yanaşmanın bir hissəsi kimi qiymətləndirir.

Onun sözlərinə görə, beynəlxalq araşdırmalar göstərir ki, cəzaçəkmə müəssisələrində peşə təhsili və reabilitasiya proqramlarında iştirak edən şəxslərin təkrar cinayət törətmə ehtimalı 43 faizədək azalır. Bu isə həm təhlükəsizliyin, həm də sosial səmərəliliyin artımına xidmət edir.

Firuzə İskəndərova qeyd edir ki, qadın məhkumlar azadlıqdan sonra ailə və iqtisadi təcrid, psixoloji və hüquqi dəstək çatışmazlığı ilə üzləşirlər. Onların peşə bacarıqları ilə təmin olunması təkcə məşğulluq deyil, həm də layiqli həyat hüququnun təminatıdır.

Fəaliyyət Planının icrası Ədliyyə Nazirliyinin koordinasiyası ilə həyata keçiriləcək. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi isə monitorinq və qiymətləndirməni təmin edəcək. Bu da şəffaflıq və nəticəyönümlülük prinsiplərinin gücləndirilməsinə şərait yaradacaq.

Nazirlər Kabinetinə verilmiş tapşırıqlar dövlət orqanları arasında koordinasiya və resursların səmərəli istifadəsi üçün mühüm addımdır.

Firuzə İskəndərova bildirir:

“Bu sənəd cəza anlayışının tərbiyə və inkişaf yönümlü transformasiyasının hüquqi əsaslarından biridir. Dövlətin iradəsi biz vətəndaş cəmiyyəti üçün həm tərəfdaşlıq, həm də məsuliyyət yaradır.”

Sonda o vurğulayıb ki, bu Plan cəmiyyətə qaytarılan insanı bacarıqlı, layiqli və sosial-iqtisadi fəal fərd kimi formalaşdırmağın hüquqi və institusional çərçivəsidir.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://dogru.az
archiveBu xəbər 25 İyun 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see239

AB Ukrayna üçün plan hazırlayır KİV

11 Noyabr 2025 12:50see166

Paytaxtda oğurluq edənlər saxlanılıb

11 Noyabr 2025 14:22see157

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see154

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see143

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see142

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see140

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see139

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see137

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see134

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see131

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see130

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see130

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see129

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see128

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see126

DYP Bakı Qazax yolundakı tıxacla bağlı məlumat yaydı Son vəziyyət belədir

11 Noyabr 2025 03:53see126

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see124

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see122

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri