Icma.az
close
up
RU
Tarixi layihə, strateji dönüş

Tarixi layihə, strateji dönüş

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın logistik hədəfi və regional geoiqtisadi zirvəyə aparan yol

Zəngəzur dəhlizi Azərbaycanın strateji məqsədlərindən biri kimi ölkənin daxili nəqliyyat əlaqələrinin bərpası və beynəlxalq ticarət sistemlərinə inteqrasiyası baxımından əhəmiyyət daşıyır. Prezident İlham Əliyev Kəlbəcər rayon ictimaiyyəti ilə görüşdə çıxışı zamanı bu məsələni xüsusi vurğulayıb. 

Dövlətimizin başçısı bildirib ki, Ermənistanla sülh müqaviləsinin müəllifi də Azərbaycandır və sənəddəki bütün bəndlər ölkəmizin mövqeyi əsasında formalaşıb. Prezidentin sözlərinə görə, bu sənədin paraflanması Ermənistan–Azərbaycan qarşıdurmasına faktiki olaraq son qoyur və regionda yeni mərhələ başlayır. 

Azərbaycanın tarixi diyarı olan Naxçıvanla quru bağlantı məsələsi də bu çərçivədə öz həllini tapır. Dövlət başçısının qeyd etdiyi kimi, yaxın bir neçə il ərzində Azərbaycanın əsas hissəsindən Naxçıvana həm qatarla, həm də avtomobillə hərəkət mümkün olacaq. Hazırda Naxçıvana əsas yük daşımaları İran üzərindən həyata keçirilir. Bu isə həm maliyyə baxımından əlavə xərclərə səbəb olur, həm də regiondakı siyasi dəyişikliklərdən asılılığı artırır. Bu səbəbdən Zəngəzur dəhlizinin açılması Azərbaycanın daxili inteqrasiyasını möhkəmləndirəcək və ölkənin ərazi bütövlüyünün praktik təminatı baxımından strateji rol oynayacaq.

Bu marşrut, eyni zamanda, Azərbaycanın beynəlxalq nəqliyyat şəbəkələrinə qoşulması baxımından yeni imkanlar yaradır. Çin və Avropa arasında yüklərin daşınmasında zaman və məsrəf baxımından ən qısa quru-dəniz marşrutlarından biri olan Orta Dəhliz əhəmiyyətli dərəcədə aktuallaşıb. Bu marşrut üzrə daşımaların bir hissəsi Bakı–Tbilisi–Qars dəmir yolu ilə həyata keçirilir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə infrastruktur şəbəkəsi daha da güclənəcək və Azərbaycan yeni bir tranzit arteriyasına sahib olacaq.

Hazırda Orta Dəhliz üzrə yüklərin Asiyadan Avropaya çatdırılma müddəti təxminən 12–15 gün arasında dəyişir. Bu isə dəniz yolu ilə müqayisədə 2 dəfə sürətlidir. Azərbaycan bu kontekstdə nəinki tranzit ölkəyə çevrilir, həm də regional logistik mərkəz statusunu gücləndirir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (Ələt limanı), Bakı–Tbilisi–Qars dəmir yolu, Xəzər üzərindən yük daşıyan bərə marşrutları və genişlənən dəmir yolu infrastrukturunu nəzərə alsaq, Zəngəzur dəhlizi bu mövcud logistik sistemin tamamlayıcı və gücləndirici halqası olacaq. Bu isə ölkəyə həm tranzit rüsumlarından gəlir, həm də xidmət sektoru (logistika, gömrük, sığorta və s.) vasitəsilə əlavə iqtisadi dəyər qazandıracaq.

Dəhliz, həmçinin Azərbaycanın beynəlxalq nəqliyyat layihələrində oynadığı rolu daha da möhkəmləndirəcək. Azərbaycanın iştirakı ilə həyata keçirilən TRACECA, Lapis–Lazuli marşrutu və Şimal–Cənub dəhlizi kimi təşəbbüslərlə inteqrasiya onun funksional dəyərini artıracaq və ölkənin çoxşaxəli logistika qovşağına çevrilməsi prosesini sürətləndirəcək.

Onu da qeyd edək ki, hazırda Əfqanıstan–Türkmənistan–Azərbaycan–Gürcüstan–Türkiyənin iştirak etdiyi Lazurit dəhlizi (Lapis–Lazuli) vasitəsilə yükdaşımalar həyata keçirilir. Əfqanıstandan çıxan yük Azərbaycandan keçməklə Avropaya çatdırılır. Bu isə layihə üzv ölkələrə regional və kontinental ticarət bazarlarına çıxışları şaxələndirmək imkanı verir. Bu da öz növbəsində həm bu dəhliz vasitəsilə yük daşıyan ölkələrin, həm də ərazisindən malların tranziti üçün istifadə olunacaq dövlətlərin iqtisadi inkişafına səbəb olur.

Beləliklə, Zəngəzur dəhlizi yalnız bir regionun içində nəqliyyat bağlantısı deyil, eyni zamanda, Asiya ilə Avropa arasında yerləşən, strateji mövqeyə malik Azərbaycanın qlobal ticarət və nəqliyyat sistemlərinə daha dərin inteqrasiyası üçün əsas açardır. Uzunmüddətli perspektivdə isə ölkənin iqtisadi inkişafına, ixrac potensialının genişlənməsinə və xarici sərmayələrin cəlb olunmasına birbaşa təsir göstərəcək.

Azərbaycan dəhlizin inşası üçün artıq konkret və məqsədyönlü praktiki addımlar atıb. Bu çərçivədə əsas layihələrdən biri Horadizdən Aqbəndədək uzanan 110 kilometrlik yeni dəmir yolu xəttidir. Azərbaycan Dövlət Dəmir Yolları və müvafiq podratçı şirkətlər tərəfindən həyata keçirilən tikinti işləri mərhələli şəkildə aparılır. Yolun bərpası zamanı rels-şpal qəfəslərinin montajı həyata keçirilir. Bu işlər zamanı gündə minimum 500–600 metr, maksimum isə 1 kilometr rels döşənir. Əgər ciddi texniki maneələr ortaya çıxmasa, dəhlizin əsas hissəsini təxminən 6 ay müddətində bərpa etmək mümkündür. Dəmir yolu Zəngilan və Qubadlı rayonlarının ərazisindən keçməklə Ermənistan sərhədinə qədər uzanır və dəhlizin Azərbaycan hissəsinin əsas infrastruktur dayağını təşkil edir. Yol həm sərnişin, həm də yük daşımaları üçün nəzərdə tutulub və onun istifadəyə verilməsi ilə təkcə Naxçıvana birbaşa dəmir yolu əlaqəsi deyil, həm də regionda logistik dövriyyənin artırılması mümkün olacaq. Yolun tam olaraq gələn ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.

Horadiz–Ağbənd avtomobil yolunun tikintisi isə 95 faiz səviyyəsində tamamlanıb. Bildirilir ki, həmçinin Naxçıvanda da dəmir yolu tam müasirləşdiriləcək. Ermənistan ərazisində də dəmir yolunun tikintisi nəzərdə tutulur. Bu barədə danışan Azərbaycan Prezidenti Ermənistanın bu öhdəliyi üzərinə götürdüyünü və bunun bizim növbəti tarixi uğurumuz olduğunu qeyd edib.

Zəngəzur dəhlizi, sadəcə, nəqliyyat marşrutu kimi deyil, həm də sosial-iqtisadi canlanma baxımından əhəmiyyət kəsb edir. Yolun keçdiyi ərazilər, xüsusilə Zəngilan, Qubadlı və digər azad edilmiş rayonlar uzun illər işğal altında qaldığından infrastruktursuz və inkişafsız vəziyyətdə idi. Yeni dəmir yolu bu ərazilərdə yaşayışın bərpasına, iqtisadi aktivliyin artmasına, kənd təsərrüfatı və sənaye obyektlərinin yenidən qurulmasına, eləcə də yerli əhalinin məskunlaşdırılması prosesinə təkan verəcək. Bundan əlavə, bu layihə Azərbaycanın işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi üçün həyata keçirdiyi “Böyük Qayıdış” proqramının mühüm komponentlərindən biridir. İnfrastrukturun qurulması həm bərpa prosesini sürətləndirir, həm də xarici sərmayəçilər üçün bu bölgələri daha cəlbedici edir. 

Ümumiyyətlə, dəmir yolu təkcə iqtisadi layihə deyil, həm də siyasi simvol, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpasının konkret infrastruktur ifadəsidir. Dəhlizin geosiyasi əhəmiyyəti təkcə Azərbaycanla məhdudlaşmır. Bu dəhlizə Türkiyə, Rusiya, Çin, Avropa İttifaqı və digər beynəlxalq aktorların artan marağı onun artıq regional çərçivəni aşaraq qlobal əhəmiyyətə malik olduğunu göstərir. 

Beləliklə, Zəngəzur dəhlizi gələcəyin nəqliyyat arteriyası olmaqla yanaşı, həm də Cənubi Qafqazın yeni geosiyasi arxitekturasının formalaşmasında açar rola malikdir. O, ölkəmizin iqtisadi suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət edəcək.

Ə.PÜNHAN
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Avqust 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əvəzedicilər Liqası: II turun başlama vaxtı bilindi

10 İyul 2026 23:02see390

Zakir Həsənovdan Vətən Müharibəsi Qəhrəmanına böyük jest RÜTBƏSİNİ ARTIRDI

11 İyul 2026 19:42see379

Xameneinin tabutunu daşıyan gizli şəxs kimdir? VİDEO

11 İyul 2026 10:18see359

Ərdoğan Livanın Baş nazirini qəbul etdi

11 İyul 2026 02:36see352

İranın milyardlarla dollarlıq əməliyyatları ifşa edildi ABŞ hərəkətə keçdi

11 İyul 2026 09:38see309

ABŞ nin Rusiyaya qarşı sarsıdıcı sanksiyalar ı razılaşdırılıb Lindsi Qrem

10 İyul 2026 23:40see284

Alla Puqaçovadan ŞOK ADDIM Mayamidəki villasına 1 dollar qiymət qoydu...

11 İyul 2026 02:05see209

Azərbaycan kinosunun ən uğurlu 18+ filmi (VİDEO)

11 İyul 2026 05:19see207

Qələbənin memarı: Cənab Ali Baş Komandan kitabının təqdimatı olub

11 İyul 2026 14:34see190

Yamal Fransaya meydan oxudu “Onların qorxmalı olduğu komanda bizik”

11 İyul 2026 02:23see171

Dünyanın gözü Hörmüzdə: ABŞ nin İrana verdiyi vaxt bitir, gəmilər radarlardan itir

11 İyul 2026 09:02see168

Argentina İsveçrə matçında daha bir qol CANLI YENİLƏNİR

12 İyul 2026 06:32see165

Zelenski silah çatdırılmasının sürətindən narazıdır

12 İyul 2026 00:33see164

“Rihanna dördüncü dəfə ana olacaq”

11 İyul 2026 08:41see160

Başmaqdan yaranan suluqlar qadını xəstəxanalıq etdi

10 İyul 2026 22:10see159

Aygün Kazımovanın 26 il əvvəl başına gələn hadisə gündəm oldu (Video)

12 İyul 2026 01:03see156

FİFA ingilis referilərə Argentina oyunlarında hakimlik etməyi qadağan edib

11 İyul 2026 05:13see153

Fidan: Kiçik bir səhv yeni böhrana səbəb ola bilər

10 İyul 2026 21:46see153

Ramin Nurəhmədov yeni vəzifəyə təyin olundu

12 İyul 2026 11:35see150

Bakı Qazax yolunda avtobus qəzası: DYP dən açıqlama

12 İyul 2026 11:20see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri