Icma.az
close
up
RU
Strateji hədəflərə çatmaqda qarşılıqlı media tərəfdaşlığı proqramları və ortaq media platformaları mühüm rol oynayır

Strateji hədəflərə çatmaqda qarşılıqlı media tərəfdaşlığı proqramları və ortaq media platformaları mühüm rol oynayır

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Bakıda “Ritz-Carlton” otelində “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda Azərbaycan-Gürcüstan Media Forumu öz işinə başlayıb.

Əməkdar jurnalist, siyasi şərhçi Bahəddin Həzi bu mövzunu belə şərh edib: "Bundan əvvəl Medianın İnkişafı Agentliyi Bakıda Türk Dövlətləri Təşkilatının Media Forumunu yüksək səviyyədə təşkil etmişdi. Eyni zamanda Türk dövlətləri ilə ayrıca media platformalarnın koordinasiyası istiqamətində əməkdaşlıq formatları qurulur. Daha əvvəl Azərbaycanın və Türkiyənin media sahəsinə məsul qurumları arasında əməkdaşlıq memorandumu imzalanıb. Anoloji sənəd Azərbaycanla Özbəkistan arasında da var".

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

"Cənubi Qafqazın, Anadolunun və Mərkəzi Asiyanın geosiyasi, geostrateji baxımdan vahid orqanizmə çevrilməsi strategiyası var. Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələri arasında TDT artıq uğurlu format kimi işləməyə başlayıb. Bu ölkələrlə birlikdə Gürcüstan da başqa bir formatda inteqrasiya prosesinə qoşulub. Artıq Ermənistan da bu prosesə cəlb olunmağa başlayıb. Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistan ötürülməsi rəsmi Bakının mühüm jesti idi. Daha sonra Ermənistanın baş naziri Qazaxıstana səfər etdi. Bu kontaktlar Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin birgə geopolitik faktora çevrilməsinə töhfə verir. Bu, media sahəsinə də aiddir. Bu yaxınlarda Ermənistanın media nümayəndələri Azərbaycana gəldi. Eləcə də, hər iki ölkənin media təmsilçiləri Gürcüstanın paytaxtında bir araya gəlib, cəmiyyətlərdə qarşılıqlı etimadın yaradılması məsələsini müzakirə etmişdi"-deyə Bahəddin Həzi qeyd edib.

Bahəddin Həzi bildirib ki, bir zamanlar xəyallarda olan Türk birliyi reallığa çevrilməklə yanaşı, Cənubi Qafqazdakı başqa ölkələrin - Gürcüstanın və Ermənistanın da müstəqil dövlət kimi möhkəmlənməsinə, bu mühüm bölgələrdə dayanıqlı sabitliyə və inkişafa zəmin yaradır. Əməkdar jurnalistin sözlərinə görə, bu mühüm strateji hədəflərə çatmaqda qarşılıqlı media tərəfdaşlığı proqramları və ortaq media platformaları da mühüm rol oynayır.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 Dekabr 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri