Icma.az
close
up
RU
Strateji müttəfiqlik mərhələsi start götürür: ABŞ Azərbaycan strateji əməkdaşlığı Tramp dövründə reallaşdı

Strateji müttəfiqlik mərhələsi start götürür: ABŞ Azərbaycan strateji əməkdaşlığı Tramp dövründə reallaşdı

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“TRİPP layihəsi 100 illik gəlir gətirəcək, ABŞ və Azərbaycanın iqtisadi ittifaqı güclənir”

Yaxın vaxtlarda ABŞ-Azərbaycan Strateji İşçi Qrupunun fəaliyyətinə start veriləcək. Bu barədə Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin Mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, bu təşəbbüs iki ölkə arasınYda əməkdaşlığın yeni mərhələsini formalaşdırmağı hədəfləyir: "ABŞ-Azərbaycan Strateji İşçi Qrupunun nizamnaməsi regional əlaqəlilik, iqtisadi investisiya və təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirmək üçün ilk dəfə olaraq ABŞ-Azərbaycan strateji tərəfdaşlığının əsasını qoyacaq". Məlumat üçün bildirək ki, ABŞ hökuməti həmçinin ilin sonunadək Azərbaycan və Ermənistanla ilk İşçi qruplarının yaradılmasını planlaşdırır.

Siyasi şərhçi Əhməd Şahidov Sherg.az-a bildirib ki, ABŞ və Azərbaycan arasında institusionallaşmış əməkdaşlıq formatı uzun illər gözlənilən ssenari idi. Ekspertə görə, iki ölkə arasında müxtəlif sahələrdə - enerji, təhlükəsizlik, insan haqları və başqa sahələrdə müvəqqəti dialoq mərhələləri olsa da, stabil, davamlı əməkdaşlıq formulu Donald Trampın ikinci prezidentlik dönəmində baş tutdu:

"Xüsusən, avqustun 8-də Ağ Evdə üçlü görüşdə ABŞ-Azərbaycan və ABŞ-Ermənistan arasında ikili əlaqələrin inkişaf etdirilməsi və strateji müttəfiqlik səviyyəsinə qaldırılması razılaşdırıldı. Məhz həmin görüşdən sonra ABŞ və Azərbaycan arasında strateji əməkdaşlıqla bağlı işçi qrupunun yaradılması gündəmdədir. ABŞ Cənubi Qafqazın iki ölkəsi - həm Azərbaycan, həm də Ermənistanla ayrı-ayrılıqda strateji qruplar yaradır. Eyni zamanda Cənubi Qafqazda yeni, üçlü formatın əsası qoyulur. ABŞ-nin məqsədi bölgədə sülhün, sabitliyin təmin olunmasına, ümumən regionun, dünyanın iqtisadi və ticari səhnəsini dəyişəcək infrastrukturun, kommunikasiya xətlərinin açılmasına nail olmaqdır. "Tramp yolu"nun açılmasına da Donald Trampın sülh siyasətinin davamı kimi baxılmalıdır".

Həmsöhbətimiz vurğulayıb ki, "TRİPP" layihəsi həm də ABŞ-nin iqtisadi-ticari maraqlarına tam uyğundur:

"Çünki bu dəhliz 100 il müddətində ABŞ-yə milyardlarla dollar vəsait qazandıracaq. Azərbaycan üçün də ABŞ kimi supergüclə stabil əlaqələrə sahib olmaq siyasi legitimlik və təhlükəsizliyin təmin olunması deməkdir. Azərbaycan keçmiş sovet məkanında ABŞ ilə strateji əməkdaşlıq əlaqələrini quran ölkələrdən biri olacaq. İki ölkə arasında qarşılıqlı investisiyalar, iqtisadiyyatın genişləndirilməsi, şaxələndirilməsi ilə bağlı razılaşmalar var. ABŞ-dən olan investorları Azərbaycana cəlb edə bilsək, bu, ümumən Cənubi Qafqazın stabil, təhlükəsiz regiona çevrilməsinə gətirib çıxaracaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Noyabr 2025 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri