Icma.az
close
up
RU
Azərbaycan Slovakiya əməkdaşlığı strateji mərhələdə

Azərbaycan Slovakiya əməkdaşlığı strateji mərhələdə

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan–Slovakiya münasibətləri yeni strateji mərhələyə qədəm qoyur. Prezident İlham Əliyevin Bratislavaya rəsmi səfəri iki ölkə arasında həm siyasi dialoqun dərinləşdirilməsi, həm də iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi baxımından olduqca önəmldir.

Səfər çərçivəsində dövlət başçılarının mətbuata birgə bəyanatları Azərbaycan və Slovakiyanın əməkdaşlıq gündəminin nə qədər geniş və çoxşaxəli olduğunu bir daha nümayiş etdirdi. Enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya imkanları, texnoloji tərəfdaşlıq, müdafiə sənayesi və investisiya istiqamətlərində aparılan müzakirələr həm ikitərəfli münasibətlərdə yeni səhifə açır, həm də regionda yaranan geoiqtisadi reallıqlara uyğun olaraq əməkdaşlığın strateji mahiyyətini gücləndirir.

Slovakiyanın Avropa İttifaqının mühüm üzvü, Azərbaycanın isə Cənubi Qafqazın əsas enerji və logistika mərkəzi kimi mövqeyi bu dialoqun əhəmiyyətini daha da artırır. Prezidentlərin bəyanatlarında vurğulanan qarşılıqlı etimad, tamamlayıcı iqtisadi potensial və enerji sahəsində yeni əməkdaşlıq platformaları gələcək illərdə iki ölkə arasında münasibətlərin daha da inkişaf edəcəyinə dair aydın mesaj verir.

Slovakiya ilə Azərbaycan arasında formalaşan yeni əməkdaşlıq xətti son illərin geoiqtisadi reallıqları fonunda xüsusi çəki qazanır. Bu münasibətlərin təməlində, şübhəsiz, iqtisadi tərəfdaşlıq dayanır. İki ölkə arasındakı ticarət dövriyyəsinin 2022-ci ildə 52,7 milyon dollar səviyyəsində olması və 2023-cü ildə daha da yüksəlməsi qarşılıqlı marağın artdığını göstərir. Hazırda statistik göstəricilər bu dinamikanın davam etdiyini, ticarət həcminin ildə-ildən genişləndiyini təsdiqləyir. Bratislavada Prezident İlham Əliyev Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə mətbuata bəyanatlarla çıxış zamanı əminliklə bildirdi ki, Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Həm də ki, bu, texnoloji inkişafın da bir qolu olaraq bizə böyük faydalar verəcəkdir.

Azərbaycanın son illərdə yaratdığı əlverişli investisiya mühiti, xüsusilə də Ələt Azad İqtisadi Zonasında formalaşdırılan xüsusi rejim Slovakiya şirkətləri üçün də yeni fürsətlər açır. Bratislavadan Bakıya artan biznes marağı Azərbaycan-Slovakiya biznes forumunda səsləndirilən fikirlərdə aydın şəkildə öz əksini tapdı. Energetika, sənaye, nəqliyyat, turizm və digər sahələri əhatə edən əməkdaşlıq gündəliyi iki ölkənin iqtisadi xəritəsində genişlənən kəsişmə nöqtələrinin yarandığını göstərir. Mövcud perspektiv nəzərə alınsa, bu istiqamətlərdə əməkdaşlığın daha böyük templə inkişaf edəcəyi şübhə doğurmur.

Slovakiyanın Azərbaycan iqtisadiyyatına artan marağı Azərbaycanın Avropa istiqamətində iqtisadi əlaqələrini genişləndirməsinin bariz nümunəsidir. Ölkəmizin Mərkəzi Asiya ilə formalaşdırdığı strateji xəttə paralel olaraq, Avropa ilə iqtisadi inteqrasiyanın güclənməsi ümumi xarici iqtisadi siyasətin çoxvektorlu xarakter aldığını nümayiş etdirir.

Ölkə başçısının qeyd etdiyi kimi, Azərbaycan bu gün Şərqlə Qərb arasında müəyyən körpü rolunu oynayır. Həmçinin Orta Dəhliz layihəsində də ölkəmizin əvəzsiz rolu var. Məhz bütün bunlar Aİ ölkəsi kimi Slovakiyanında diqqət mərkəzindədir.

Xüsusi vurğulanmalıdır ki, Slovakiya şirkətlərinin işğaldan azad olunan ərazilərimizdə fəaliyyət göstərməsi həm siyasi etimadın, həm də strateji əməkdaşlığın səviyyəsini ortaya qoyur. Xüsusilə Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkətinə həvalə olunub və bu qərar, eyni zamanda, iki ölkə arasında dostluğun rəmzi kimi dəyərləndirilir. Bu əməkdaşlığın bərpa prosesində yaratdığı sinerji tərəfdaşlığın gələcək miqyasını daha da genişləndirir.

Bugünkü mənzərə onu deməyə əsas verir ki, Azərbaycan və Slovakiya iki müstəqil və qərarlı siyasət yürüdən dövlət kimi dostluq və əməkdaşlıq münasibətlərini qarşıdakı illərdə daha yüksək səviyyəyə daşımağa hazırdır. Regionda dəyişən geosiyasi reallıqlar fonunda bu tərəfdaşlıq hər iki ölkə üçün yeni imkanlar, yeni iqtisadi üfüqlər və uzunmüddətli strateji üstünlüklər vəd edir.

Vüqar BAYRAMOV,
Milli Məclisin deputatı

Slovakiya şirkətləri Azərbaycan iqtisadiyyatına investisiya yatırmaqda maraqlıdırlar. Çünki Azərbaycanın müxtəlif sahələrə Slovakiya sərmayəsini cəlb etmək üçün yaxşı imkanları var. Eyni zamanda, Azərbaycan iş adamlarının da Slovakiyaya investisiya qoyması önəmli istiqamətlərdən biri olaraq qalır.

Ümumilikdə Azərbaycan iş adamları Mərkəzi Avropaya daha çox sərmayə yatırmağa maraq göstərirlər. 2024-cü ildə Azərbaycan və Slovakiya arasında ticarət dövriyyəsi 46 milyon dollar olub. Halbuki real potensial daha yüksəkdir. Bu, ölkələrimiz arasında iqtisadi əlaqələrin dərinləşməsi, ticarət dövriyyəsinin artırılması üçün imkanlar yaradır. Bir tərəfdən Slovakiyadan ərzaq və bəzi sənaye məhsullarını idxal etmək mümkündür. Digər tərəfdən, Azərbaycan kənd təsərrüfatı və emal olunmuş ərzaq məhsulları ilə Slovakiya bazarına çıxa bilər. Slovakiya bazarı Azərbaycan üçün qeyri-neft ixracının artırılması baxımından əhəmiyyətlidir. Çünki bu, qeyri-neft məhsullarının Slovakiyaya daha çox ixrac edilməsinə şərait yaradır.

Bununla yanaşı, turizm sahəsində də iki ölkə arasında böyük potensial mövcuddur. Həm Slovakiyadan turistlərin Azərbaycana cəlb edilməsi, həm də azərbaycanlıların Slovakiyaya səfərlərinin artırılması yüksək qiymətləndirilir. Bu isə turizm əlaqələrinin daha da inkişafına imkan verə bilər.

Aqil ƏSƏDOV,
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri

Slovakiya transmilli şirkətlərin investisiyalarını cəlb edərək, “Volkswagen”, “Kia” və s. bir sıra avtomobillərin istehsalı sahəsində Avropada lider ölkəyə çevrilib ki, bu da gələcəkdə əməkdaşlıq imkanları vəd edir. Ən əsası, dünyanın transmilli şirkətlərinin investisiya yatırması Slovakiyanın stabil, Aİ daxilində öz milli maraqları naminə ardıcıl siyasət yürüdən etibarlı tərəfdaş kimi qəbul edilə bilər. Hansı ki, Azərbaycan dövləti də məhz stabilliyin, sabitliyin, düşünülmüş və ardıcıl siyasi qərarların sayəsində dünya dövlətlərinin, investorlarının diqqətini cəlb edir. Yəni bu iki ölkə arasında münasibətlərin inkişafı üçün mühüm amillərdəndir.

Azərbaycan-Slovakiya münasibətləri işğaldan azad edilmiş ərazilərin bərpasına da öz töhfəsini verməkdədir. Ağdamın Baş Qərvənd kəndində fərdi yaşayış evlərinin tikintisi ilə bağlı Slovakiya şirkəti ilə müqavilə bağlanılıb və şirkət artıq tikinti işlərinə başlayıb.

Azərbaycan-Slovakiya münasibətlərində uzunmüddətli perspektivlər vəd edən sahələrdən biri də müdafiə sənayesi sahəsidir. Hər zaman sülhpərvər siyasət yürüdən Azərbaycan dövlətinin investisiyaları ilə Slovakiya müdafiə sənayesinin birliyi daha uğurlu nəticələr əldə etməyə imkan yarada bilər. İki ölkə arasında iqtisadi münasibətlərin mühüm istiqamətlərindən birini də nəqliyyat-logistika layihələrində əməkdaşlıq təşkil edir. Slovakiya dövləti bir neçə ildir Azərbaycanın iştirakı ilə reallaşan beynəlxalq nəqliyyat layihələrində iştirak edir. Xüsusilə Orta Dəhliz imkanlarının daha da genişləndirilməsi ilə bağlı əməkdaşlıq etməkdədir. İki dövlət arasında əlaqələrin daha da genişləndirilməsi üçün nəqliyyat layihələrinə də birgə əlavə vəsait qoyuluşu nəzərdə tutulub ki, bu da ikitərəfli münasibətlərin inkişafına ciddi dəstək verəcək.

Nurlan ABDALOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Dekabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see286

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see252

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see232

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see232

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see230

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see216

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see213

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see199

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see197

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see197

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see196

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see195

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see194

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see192

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see185

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see182

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see182

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see179

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see177

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri