Icma.az
close
up
RU
Strateji planlaşdırma: dünya təcrübəsi və Azərbaycan

Strateji planlaşdırma: dünya təcrübəsi və Azərbaycan

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kamal Adıgözəlov

(II məqalə)

Müasir tarixi mərhələdə müstəqil dövlətin davamlı və uğurlu inkişafı üçün səmərəli inkişaf kursu müəyyən edilməlidir. Ulu Öndər Heydər Əliyev bu işin öhdəsindən yüksək məharətlə gəlmişdir. Prezident İlham Əliyev həmin xətti XXI əsrdə böyük uğurla davam etdirir. Dünya alimlərinin araşdırmalarına görə, idarəetmənin dayanıqlı və davamlı olması üçün strateji planlaşdırma çox vacibdir. Keçən əsrin ikinci yarısından başlayaraq, Qərbin inkişaf etmiş ölkələrində ciddi böhranların meydana gəlməsi bu məsələni daha da aktuallaşdırdı. Uyğun olaraq, bir neçə konsepsiya hazırlandı. Həmin konsepsiyalarda bazar iqtisadiyyatının sərbəstliyi ilə dövlət idarəetməsinin uyğun nisbəti məsələsi ön sıraya çıxarılırdı. Bu məqam yeni müstəqil dövlətlər üçün də prinsipial əhəmiyyət daşıyır. O cümlədən, Azərbaycanda idarəetmənin strateji planlaşdırma fonunda inkişafı mühüm faktordur. Araşdırma göstərir ki, Azərbaycanda idarəetmədə strateji planlaşdırma amilinin iştirakı ölkənin strateji inkişaf kursu kontekstində götürülür. Bu aspektdə 2022-2030-cu illər üçün qəbul edilmiş sosial-iqtisadi inkişafın Milli Prioritetləri ilə bağlı sənəd əsas təşkil edir. Müxtəlif sferlar üzrə planlaşdırma həmin sənədin kriteriyaları əsasında müəyyən edilir.

İki strateji məqam

Strateji planlaşdırma ilə bağlı dünya təcrübəsində 10 strategiyanın mövcud olması onu göstərir ki, bu, mürəkkəb xarakterli məsələdir. Burada konkret situasiyada müxtəlif məqamların nəzərə alınması vacibdir. Eyni zamanda, hər bir ölkə üçün strateji planlaşdırma ilə bağlı özünəməxsus faktorlar meydana çıxa bilir. Məsələn, ABŞ üçün tədqiqatçılar iki strateji faktora ayrıca önəm vermişlər. Onlardan biri "bazarın iflası", digəri isə "dövlətin iflası"dır. Bu faktorlar Amerikada ayrı məzmunda təzahür etmişdir.

Bunun nümunəsi kimi ABŞ-da 2008-2010-cu illər böhranına verilən reaksiyanı göstərmək olar. O zaman maliyyə-iqtisadi böhran Amerikanı bürümüşdü. Elmdən məlumdur ki, maliyyə-iqtisadi böhran sosial və ekoloji problemlərlə yanaşı, ölkə üçün ciddi və prinsipial çətinliklər də meydana çıxarır. Bu zaman dövlətin bu işə qarışması daha adekvat sayılır (1).

Tədqiqatçılar vurğulayırlar ki, 2008-2010-cu illər böhranından xilas olmaq üçün C.Buş və B.Obama administrasiyası "Q.Polson planı" deyilən proqram həyata keçirdilər. Bu çərçivədə kompleks şəkildə maliyyə mərkəzi ilə birgə vergi, kapital, sosial, istehlak tədbirləri reallaşdırdırıldı. Əhalinin məşğulluq səviyyəsinin artırılması üçün sistemli addımlar atıldı (2).

Buna qarşılıq olaraq dövlətin uğursuz siyasətini bazarın tənzimlənməsi yolu ilə düzəltmək imkanından bəhs edilir. Məsələn, bazar iqtisadiyyatı şəraitində hər hansı mal və ya xidmət çatışmazlığı bazar qaydaları ilə tənzimlənə bilir (3).

Belə alınır ki, strateji planlaşdırmada dövlət iki strateji faktorun qarşılıqlı əlaqəsini təmin etməlidir: birincisi, bazarın tənzimlənməsi ilə dövlətin müdaxiləsi arasında həmişə optimal nisbəti tapmalı; ikincisi, dövlətin idarəetmə sistemində ciddi problem yarandıqa, bazarın qanunları ilə inzibati idarəetmə metodlarının sintezinə elə nail olunmalıdır ki, sonucda uğur gətirsin.

Bu problemlərlə hər bir dövlət qarşılaşa bilər. Buna görə də elmdə bu sferada hər bir dövlətin öz təcrübəsinin olduğu vurğulanır. Məsələn, Rusiyanın öz təcrübəsinə dair kifayət qədər tədqiqatlar vardır (3). Mütəxəssislər Türkiyə təcrübəsini ayrıca qeyd edirlər.

Türkiyə təcrübəsi

A.A.Verniqora yazır ki, Türkiyənin strateji planlaşdırma xətti kompleks şəkildə Rusiyada 2019-cu ildə araşdırılmışdır. Bunun səbəbi Türkiyənin XXI əsrdə davamlı uğurlar əldə etməsi olmuşdur. Həmin əsasda alimlər indi strateji planlaşdırmada Türkiyə təcrübəsindən danışırlar. Tədqiqatlar nəticəsində onlar belə qənaətə gəlmişlər ki, Türkiyənin strateji planlaşdırma təcrübəsinin prioritet istiqamətləri mövcuddur. Buraya maliyyə idarəetməsinin daha da yaxşılaşdırılması, planlaşdırma komponentləri, proqramlaşdırma və büdcə durumu arasında qarşılıqlı əlaqələrin daha da yaxşılaşdırılması, maliyyə məsrəflərinin şəffaflığı, inzibati idarəetmə kültürünün təkmilləşdirilməsi, dövlət xidmətinin keyfiyyətinin artırılması daxildir (4).

Türkiyə təcrübəsinin özəlliyi kimi araşdırmaçılar strateji planlaşdırmaya geniş tərkibdə dövlət müəssisələrinin cəlb edilməsini göstərirlər. Bu zaman hətta xaricdən peşəkar mütəxəssislər prosesə cəlb edilir. İndi strateji planlaşdırma istiqaməti çox sayda ictimai institutlar üçün mütləq şərt olmuşdur (4, s. 209).

Bunların nəticəsində mütəxəssislər Türkiyə təcrübəsini uğurlu hesab edirlər. Türkiyə hazırda bütün istiqamətlərdə uğurla inkişaf edən ölkədir. Məsələn, Türkiyədə turizmin strateji planlaşdırmasını elə dəqiqliklə aparmışlar ki, 2024-cü ildə ölkə bu sferadan 61 milyard dollar gəlir götürmüşdür. 2025-ci il üçün bu məbləğin 64 milyard dollar həcmində olacağı proqnozlaşdırılmışdır. Türkiyənin bu təcrübəsi dünyanın müxtəlif ölkələri, o cümlədən Azərbaycan və Rusiyada maraq doğurur.

Azərbaycan təcrübəsi

Azərbaycanda XXI əsrdə strateji planlaşdırma geniş tətbiq olunur. Bu proses ayrı-ayrı sferaları əhatə etməklə yanaşı, ölkənin uzunmüddətli inkişafına da aiddir. Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində 2024-cü ildə xüsusi "Strateji planlaşdırma" şöbəsi də yaradılmışdır.

Konkret sferalarda strateji planlaşdırmanın öz xüsusiyyətləri vardır. Məsələn, bank sahəsində strateji planlaşdırma Bankın Strateji Baxışına əsaslanır. Bu zaman aşağıdakı prinsiplərə üstünlük verilir:

"a) orta və uzunmüddətli perspektivdə bankın dəyərinin artırılmasına imkan yaradan bazarda hədəflənən roluna və mövqeyinə;

b) hədəflənən mövqeyə nail ola bilmək üçün lazım olan fəaliyyət və xüsusiyyətlərə" (5).

2024-cü ildə isə "Azərbaycan Respublikasında sektorlar üzrə strateji planların hazırlanması Qaydası" təsdiq edilmişdir. Orada vurğulanır: "Yeni qaydalar sektorlar üzrə strateji planların hazırlanması prosesini, bu planların icrası və monitorinqini tənzimləyəcək. Bu, dövlət sektorlarında planlaşdırma və icra proseslərinin daha aydın və standartlaşdırılmış qaydada həyata keçirilməsini təmin edəcək" (6).

Deməli, Azərbaycanda bütün sferaları əhatə edən strateji planlaşdırma illərdir ki, davamlı olaraq aparılır. Bu baxımdan strateji planlamanın ümumi standarta gətirilməsi bütövlükdə ölkənin uzunmüddətli inkişafını sistemli və harmonik səviyyəyə yüksəltmək deməkdir.

Həmin baxımdan Azərbaycanda qəbul edilən strateji inkişaf sənədlərində müəyyən edilmiş hədəflər strateji planlaşdırmada təhlillə proqnozlaşdırmanın qarşılıqlı əlaqəsindən xəbər verir. Nümunə kimi, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədini göstərə bilərik. Sənəddə aşağıdakı 5 istiqamət Milli Prioritet kimi göstərilmişdir:

dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi (7).

Aydındır ki, bu istiqamətlərin hər biri üzrə ayrıca planlaşdırma aparılmalıdır. Artıq bu iş görülmüş və ölkənin inkişaf kursunun strategiyası tam dəqiqləşmişdir. Burada ümumi xarakterli bir xüsusiyyəti vurğulamaq lazımdır.

XXI əsrin başlanğıcından Azərbaycanda həyata keçirilən proqramlar əyani surətdə göstərir ki, dövlət başçısı hər mərhələyə aid təhlil və proqnozlaşdırmaya böyük əhəmiyyət verir. Məsələn, 2022-2026-cı illəri əhatə edən strateji proqram "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədinə əsaslanır. Eyni zamanda, 2022-2026-cı illəri əhatə edən müddətdə ölkədə hər bir prioritet sferada atılacaq addımlar və onları həyata keçirəcək təşkilatlar dəqiq ifadə edilmişdir. Burada iki özəllik diqqəti çəkir.

Birincisi, hər bir sfera ilə bağlı aydın fəaliyyət proqramlarının tərtibidir. Burada analiz-praktiki tətbiq-strateji hədəf bir-biri ilə uzlaşmış halda nəzərə alınmışdır.

İkincisi, müxtəlif sferalar üzrə proqramlar vahid strateji inkişaf kursunda harmonik birləşmişdir. Sosial, iqtisadi, elm və təhsil, mədəniyyət, enerji, informasiya, ekologiya və digər sahələrin inkişafı arasında uzunmüddətli ahəngdarlıq təmin edilmişdir.

Bütün bunlar strateji planlaşdırmada Azərbaycan təcrübəsini formalaşdırır. Dünya bu təcrübəyə çox müsbət yanaşır. Əsas səbəbi ondan ibarətdir ki, Azərbaycan XXI əsrdə bütün istiqamətlərdə konkret müsbət nəticələr verən proqramları davamlı olaraq həyata keçirir. Deməli, burada strateji təhlil və proqramlaşdırma mükəmməl şəkildə bir araya gətirilmişdir. Bu da onu göstərir ki, müstəqil Azərbaycanda strateji planlaşdırmanın böyük gələcəyi vardır!

Е.Б. Ленчук, Ф.Г. Войтоловский, Д.Б. Кувалин. Стратегическое планирование в государственном управлении: опыт, возможности и перспективы // Проблемы прогнозирования. - 2020, № 6, - c. 47 США: возможности и пределы экономического и политического лидерства. В 2-х т. / Отв. ред. Э.В. Кириченко. М.: ИМЭМО РАН, - 2016, - c. 114-118; Кириченко, Э.В. Антикризисная политика администрации Б. Обамы // Год Планеты: экономика, политика, безопасность. - 2009 / Отв. ред. В.Г. Барановский. М.: Наука, 2009, - с. 196-204 Ушакова, О.А. Развитие стратегического планирования в мировой и российской практике // Вестник ОГУ. - 2014, №6 (167), - c. 240-242 Вернигора, А.А. Стратегическое планирование как инструмент государственного управления: опыт Турции // Проблемы национальной стратегии. – 2022, № 5 (74), – с. 208–209 Azərbaycan Mərkəzi Bankı. Strateji Planlaşdırma və Təşkilati Stuktur Standartı. Bakı, 23 s. "Azərbaycan Respublikasında sektorlar üzrə strateji planların hazırlanması Qaydası"nın təsdiq edilməsi və "Azərbaycan Respublikasında büdcə təşkilatlarının sektor strateji planlarının hazırlanması Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 dekabr tarixli 571 nömrəli Qərarının ləğv edilməsi barədə. 23.11.2024 // https://nk.gov.az/az/senedler/qerarlar/azerbaycan-respublikasinda-sektorlar-uzre-strateji-8435 Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər // URL: https:// president.az/az/ articles/view/5047402 fevral 2021

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 May 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see190

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see190

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see158

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see154

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see128

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see126

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see125

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see125

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see124

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri