Icma.az
close
up
RU
Strateji planlaşdırma: dünya təcrübəsi və Azərbaycan

Strateji planlaşdırma: dünya təcrübəsi və Azərbaycan

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

K.Əlioğlu

Müasir tarixi mərhələdə müstəqil dövlətin davamlı və uğurlu inkişafı üçün səmərəli inkişaf kursu müəyyən edilməlidir. Ulu Öndər Heydər Əliyev bu işin öhdəsindən yüksək məharətlə gəlmişdir. Prezident İlham Əliyev həmin xətti XXI əsrdə böyük uğurla davam etdirir. Dünya alimlərinin araşdırmalarına görə, idarəetmənin dayanıqlı və davamlı olması üçün strateji planlaşdırma çox vacibdir. Keçən əsrin ikinci yarısından başlayaraq, Qərbin inkişaf etmiş ölkələrində ciddi böhranların meydana gəlməsi bu məsələni daha da aktuallaşdırdı. Uyğun olaraq, bir neçə konsepsiya hazırlandı. Həmin konsepsiyalarda bazar iqtisadiyyatının sərbəstliyi ilə dövlət idarəetməsinin uyğun nisbəti məsələsi ön sıraya çıxarılırdı. Bu məqam yeni müstəqil dövlətlər üçün də prinsipial əhəmiyyət daşıyır. O cümlədən, Azərbaycanda idarəetmənin strateji planlaşdırma fonunda inkişafı mühüm faktordur. Araşdırma göstərir ki, Azərbaycanda idarəetmədə strateji planlaşdırma amilinin iştirakı ölkənin strateji inkişaf kursu kontekstində götürülür. Bu aspektdə 2022-2030-cu illər üçün qəbul edilmiş sosial-iqtisadi inkişafın Milli Prioritetləri ilə bağlı sənəd əsas təşkil edir. Müxtəlif sferlar üzrə planlaşdırma həmin sənədin kriteriyaları əsasında müəyyən edilir.

Strategiya və strateji planlaşdırma

"Strategiya" anlayışı ilk olaraq böyük qoşun hissələrinə başçılıq etmə, yəni, komandanlıq və sərkərdəliyə aid anlayış olmuşdur. O, sərkərdənin döyüşə hazırlığını, əməliyyatların aparılma qaydalarını, resurslardan uzunmüddətli istifadəni və qarşıya qoyulan hərbi məqsədə qələbə ilə çatmağı nəzərdə tuturdu. Sonralar bu anlayış geniş məna alaraq bütövlükdə insan fəaliyyətinin bütün sferalarını əhatə etdi. Müasir dövrdə strategiya mövcud vəziyyətdən arzuedilən gələcəyə keçid modelini yaratmağa yardım edən intellektual səy və qərarlar kompleksi kimi şərh olunur. Eyni zamanda, strategiyanı sistemin inkişaf istiqamətinin nəzəri obrazı kimi təsəvvür etmək olar. Bu baxımdan strategiyanı seçmək həm də digər inkişaf istiqamətlərindən imtina etmək anlamını verir (1).

"Strateji planlaşdırma" anlayışına strategiyanın anlamına uyğun məzmun verilir. Strateji planlaşdırma rəqabət mühitində təşkilatın (geniş anlamda ölkənin) uzunmüddətli perspektivdə hansı konsepsiya və ideyalar sistemi sayəsində uğur qazanmasını təmin etmək modelinin müəyyən edilməsi ilə bağlıdır. Strateji planlaşdırma həm də keçmişdə yol verilmiş səhvləri aydınlaşdıra bilir. Elə səhvlər olur ki, onlar təşkilatı və ya ümumən ölkəni uğursuzluğa düçar edir.

Burada iki aspektdə təhlil önəm daşıyır. Onlardan biri iqtisadi və sosial-mədəni sistemin daxili təkamül dinamikasının təhlilidir. Digəri isə təşkilatı (və ya ölkəni) əhatə edən mühitin analizidir. Strateji planlaşdırmanın məzmununu bu iki istiqamətin kəsişməsində müəyyən etmək olur (2, 1-4, 25-33).

Deməli, qarşıya qoyulan məqsədə çatmaq üçün fəaliyyət planını ifadə edən strateji planlaşdırma uzun müddəti əhatə edən mürəkkəb idarəetmə kursu ilə bağlıdır.

Hər hansı bir təşkilatın idarəetmə strategiyasını dövlətin idarəetmə strategiyasından fərqləndirmək lazımdır. Bunun tərkibində ölkənin iqtisadi inkişaf strategiyası fərqləndirilir. Qərb dövlətlərinin XX əsrin ikinci yarısından başlayaraq bu günə qədərki təcrübəsi göstərir ki, iqtisadi, sosial-mədəni, humanitar və başqa sahələrdə strateji planlaşdırmaya münasibət fərqli olmuşdur. Onu qəbul edənlər və etməyənlər vardır. Bununla yanaşı, strateji planlaşdırmada qarışıq modeldən istifadəyə üstünlük verənlər də olmuşdur. Onların təhlilinə keçməzdən öncə strateji planlaşdırmanın Qərb dövlətlərində aktuallaşması səbəbləri üzərində dayanmağa çalışaq.

Sosial-iqtisadi böhrandan xilas strategiyası

Tədqiqatçılara görə, dövlətin sosial-iqtisadi siyasəti çərçivəsində strateji planlaşdırma məsələsinin tarixçəsi yüz ili aşır. Hələ K.Marks dönəmində materialistlərlə idealistlərin bununla bağlı ciddi mübahisələri olmuşdu. Daha çox ideoloji kontekstə malik olan bu mövzuda kəskin müzakirələr gedirdi. Burada əsas məsələ gündəlik planlaşdırma, bazar münasibətləri və dayanıqlı inkişaf arasında optimal nisbətin axtarışı ilə bağlı idi. Keçən əsrin ortalarında Qərbdə bazar iqtisadiyyatının tənzimlənmə mexanizminə üstünlük verilməsi yüksək səviyyəyə çatmışdı (bax: məs., 3). O dövrdə hesab edilirdi ki, azad bazar qanunları cəmiyyəti daha uğurlu idarə etməyə və onun daim inkişafda olmasına imkan yaradır.

Lakin Qərbin ən inkişaf etmiş ölkələrində zaman-zaman meydana gələn böhran mərhələləri tədricən məsələyə bu cür baxışları dəyişməyə başladı. Xüsusilə XX əsrin 60-80-ci illərində Qərbi bürüyən sosial-iqtisadi və maliyyə böhranı vəziyyətin çox ciddi olduğunu aydınlaşdırdı. Bu dövrdə Amerika və Avropanın qabaqcıl fikir sahibləri sosial-iqtisadi böhrandan xilas strategiyasının axtarışını gücləndirdilər. Onların gəldikləri ortaq mövqe azad bazar iqtisadiyyatı ilə planlaşdırmanı sintez etməkdən ibarət idi (4).

Artıq XX əsrin 50-ci illərinin sonu – 60-cı illərinin əvvəllərində Qərbdə belə bir təəssürat yaranmışdı ki, sosialist ölkələri dinamik inkişaf tempi ilə kapitalizmin yüksək inkişaf edən ölkələrini ötüb keçə bilər.

Təsadüfi deyildir ki, 1970-ci illərdə ABŞ Prezidenti C.Kennedi ilə Böyük Britaniyanın Baş naziri H.Makmillan SSRİ-nin ABŞ-ı ötüb keçdiyi halda nə edəcəklərini müzakirə etmişlər (5).

Həmin dönəmdə Qərb cəmiyyətlərində bir-birilə ziddiyyət təşkil edən iki proses gedirdi. Birinci istiqamət bütövlükdə ölkələrin iqtisadiyyatlarının "elektrikdən elektrona keçidi" (C.Fridman, A.Turen) ilə xarakterizə olunurdu. İkinci istiqamət isə bu prosesin fonunda sosial ədalətsizliyin güclənməsi idi (A.Turen) (6).

Bütövlükdə bu kimi proseslərin ümumi təsiri nəticəsində Qərbin bütün inkişaf etmiş dövlətləri iqtisadi tənəzzül mərhələsinə qədəm qoydu. Yaranmış bu vəziyyətdən strateji anlamda xilas olmaq üçün indi "reyqanizm" və "tetçerizm" adlanan monetar strategiya irəli sürüldü.

Bu strategiyanın əsas məzmunu cəmiyyətdə pul kütləsini (kapitalı) elə dövr etdirməkdən ibarət idi ki, sosial-iqtisadi inkişafı stimullaşdırmaq mümkün olsun. Bu anlayışlar ABŞ-da milliləşmə prosesinin fonunda yarandı. Demokratların milliləşməni həyata keçirməsinə enerji böhranı mane oldu. Dövlət strukturları isə onu dəf etməyə səmərəli üsul tapa bilmirdilər. Bu zaman ABŞ və İngiltərədə özəlləşdirmə başladı ki, paralel olaraq, dövlət tənzimləməsini kənara qoyurdu.

Bu zaman kommunikasiya infrastrukturu, təhsil, elm, xarici ticarət və xarici siyasət istisnalıq təşkil edirdi. Bununla iqtisadiyyatda kapital dövriyyəsi və pul kütləsinin tənzimlənməsi yerli iqtisadi sistemin özünü düzəltməsinə imkan yaratdı. Tədricən Qərb iqtisadiyyatları böhrandan çıxmağa başladılar. Ancaq A.Turenin fikrinə görə, bu proses cəmiyyətdə sosial ədalətsizliyi daha da gücləndirdi – kasıblar daha da kasıblaşdı, varlılar daha da varlandılar. Buna baxmayaraq, Qərbdə bazar iqtisadiyyatı ilə strateji planlaşdırmanın konkret sintez modeli yaranmışdı. Həmin dövrdə M.Fridman kimi alimlərin əsərləri bu növ modellərin nəzəri əsaslandırılması rolunu oynayırdı.

Bütövlükdə isə bu mövzuya aid bir neçə müxtəlif nəzəri yanaşma formalaşmışdı. Mənzərənin daha da aydın olması üçün onların üzərində qısa dayanmaq lazımdır.

Öncə onu vurğulayaq ki, yaradılan nəzəri modellərdə azad bazar prinsipləri ilə strateji planlaşdırma institutlarının fəaliyyəti və vasitələrinin konvergensiyası daha perspektivli sayılırdı (7).

On əsas strateji məktəb

Qərbdə strateji fikrin inkişafında F.Abrams, M.Porter, Q.Hemel, H.Minsberq, K.Hofer A.Tompson və başqalarının əsərləri böyük rol oynamışdır (8, 239). Ancaq XX əsrin 60-cı illərindən xarici mühitin qeyri-stabil olması səbəbindən əldə olan nəzəri modellərin praktiki tətbiqi mümkünsüz olmağa başladı. Bu isə yeni yanaşmaların formalaşdırılması zərurətini yaratdı. Eyni zamanda, uzunmüddətli planlaşdırmada yeni araşdırmalar tələb olunurdu.

Burada iki əlamət özünü göstərməyə başladı. Birincisi ölkənin mövcud resurslarının qarşıya qoyulan məqsədə çatmaq üçün səfərbər olunmasını nəzərdə tuturdu. İkincisi xarici mühitin elə alternativ dəyişmə modellərini hazırlamağı ehtiva edirdi ki, nəticədə, ölkənin dayanıqlı və davamlı inkişafına xidmət etsin. Bu ikinci əlaməti "strateji planlaşdırma" adlandırdılar (9). Strateji planlaşdırmanı inkişaf etmiş ölkələrin şirkətləri də tətbiq etməyə başladılar. Bu proses müəyyən təcrübə yaratdı və Qərbdə onun nəzəri-konseptual aspektdə ümumiləşdirməsi aparıldı. H.Minsberq, B.Alstrand və J.Lampel həmin konseptual sistemləri təsnif edərək, "Strategiya məktəbləri"ndə cəmləşdirdilər. Onlar göstərirdi ki, Qərbdə 10 strateji məktəb formalaşmışdır. Onları aşağıdakı kimi təsnif etdilər: dizayn məktəbi, planlaşdırma məktəbi, pozisiyalaşma məktəbi, sahibkarlıq məktəbi, koqnitiv məktəb, təlim məktəbi, hakimiyyət məktəbi, kültür məktəbi, ətraf mühit məktəbi və konfiqurasiya məktəbi (10).

(ardı var)

Mənbələr

Современный философский словарь / Под общ. ред. В.Е. Кемерова и Т.Х. Керимова. – 4-е изд., испр. и доп. – М.: Академический проект; Екатеринбург: Деловая книга, 2015. – 823 с. Capon N., Farley J.U., Hulbert J. Corporate Strategic Planning. – N.Y.: Columbia University Press, 1987. – 482 p.; Скотт, А. Стратегическое планирование: учебник. – Эдинбург: Эдинбургская бизнес-школа, Университет Гериот-Ватт. – 2013, – 85с. Friedman, M. Capitalism and Freedom. – Chicago: University of Chicago Press, 2002. – 272 p. Хиршман, А.О. Рыночное общество. Противоположные точки зрения // Социологические исследования. – 2001, № 3, – с. 43-52. Horne, A. Harold Macmillan. London: Macmillan, – 1989, vol. II: 1957-1986, – p. 303. Социолог Ален Турен: «По правде говоря, от понятия "общество" пора бы избавиться» // syg.ma, 12 июня, 2023. Ленчук, Е.Б., Войтоловский, Ф.Г., Кувалин, Д.Б. Стратегическое планирование в государственном управлении: опыт, возможности и перспективы // Проблемы прогнозирования. – 2020, № 6, – c. 46-55. Ушакова, О.А. Развитие стратегического планирования в мировой и российской практике // Вестник ОГУ. – 2014, №6 (167), – c. 239. Школы стратегического планирования //Стратегическое управление и планирование. [Электронный ресурс]. – URL: https://www.alt-invest.ru/lib/shkoly-strategicheskogo-planirovaniya/ Минцберг, Г. Стратегическое сафари: Экскурсия по дебрям стратегического менеджмента / Генри Минцберг, Брюс Альстранд, Жозеф Лампель; Пер. с англ. – М.: Альпина Паблишер, 2013. – 367 с.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:335
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 Mart 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see310

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see281

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see265

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see264

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see257

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see256

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see238

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see223

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see220

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see209

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see199

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see197

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see194

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see192

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see187

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see184

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see182

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see169

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see169

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri