Icma.az
close
up
RU
Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan Çin münasibətləri regional sabitliyə və tərəqqiyə xidmət edir RƏY

Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan Çin münasibətləri regional sabitliyə və tərəqqiyə xidmət edir RƏY

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 22 aprel, AZƏRTAC

Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında qarşılıqlı faydalı əməkdaşlığa, strateji tərəfdaşlığa əsaslanan münasibətlər regional sabitlik və tərəqqiyə xidmət edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.

“Ötən il Astana şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin imzalanması qarşılıqlı hörmət və etimada söykənən əməkdaşlıq münasibətlərini yeni müstəviyə qaldırdı. Prezident İlham Əliyevin Çinin Sinxua agentliyinə məxsusi verdiyi müsahibədə qeyd etdiyi kimi, Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır”, - deyə deputat qeyd edib.

Mircəlil Qasımlı bildirib ki, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqelərini möhkəmləndirən Azərbaycan Çin ilə ikitərəfli münasibətlərin davamlı inkişafına böyük önəm verir. Xüsusən, son illər iki ölkə arasındakı əlaqələrdə yüksək dinamika mövcuddur. Bu xüsusda, dövlət və hökumət rəsmilərinin qarşılıqlı səfərlərini, müxtəlif istiqamətlərdə yeni əməkdaşlıq münasibətlərinin qurulmasını qeyd etmək olar.

Deputat diqqətə çatdırıb ki, daim bir-birinin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşan ölkələrimiz öz fəaliyyətləri ilə regional və qlobal müstəvidə sülhü, sabitliyi, inkişafı, qarşılıqlı əməkdaşlığı təşviq edirlər. Dövlətimizin başçısının müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib, Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib. Azərbaycanın Çinin müxtəlif şəhərlərində fəaliyyət göstərən ticarət və şərab evləri tərəfdaş ölkələrimiz arasında ticarət əlaqələrinin inkişafında önəmli rola malikdir.

Vurğulanıb ki, ölkəmiz tərəfdaşlarla birgə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini uğurla həyata keçirdi. “Orta Dəhliz” layihəsinin mühüm tərkib hissəsi olan bu layihə Azərbaycanın logistika potensialının inkişafına mühüm təkan verməklə, Çindən Avropaya yüklərin daha qısa zaman kəsiyində daşınmasına önəmli töhfə verir.

Ölkələrimiz arasında humanitar əməkdaşlığın uğurla inkişaf etdiyini söyləyən deputat bildirib ki, Heydər Əliyev Fondu ilə Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası arasında əməkdaşlıq xalqlarımız arasında dərin köklərə malik əlaqələrin genişləndirilməsində mühüm rola malikdir. Eyni zamanda, ölkələrimizin ali təhsil müəssisələri arasında əməkdaşlıqlar genişlənir. Ötən il Azərbaycan Çin vətəndaşlarına münasibətdə vizasız rejimi birtərəfli qaydada tətbiq etdi. Dövlətimizin başçısının da bildirdiyi kimi, ölkələrimizin vətəndaşlarının vizasız gediş-gəlişinin asanlaşdırılması turist axınının artmasına kömək edəcək və bununla da iqtisadi, humanitar və mədəni əlaqələr genişlənəcək.

“Azərbaycan Prezidentinin Çinə dövlət səfəri ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin dərinləşməsinə təkan verəcək, o cümlədən müxtəlif sahələrdə yeni əməkdaşlıq istiqamətlərini müəyyənləşdirəcək. Ölkə liderlərinin səyləri nəticəsində inkişafının yeni mərhələsinə qədəm qoyan bu əməkdaşlıq dost xalqlarımızın maraqları naminə daha da genişlənəcək”, - deyə deputat qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see308

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see240

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see170

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see158

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see153

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri