Icma.az
close
up
RU
Stres yeyirik

Stres yeyirik

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün toyuq istehsalının hansı qaydada həyata keçirildiyindən əlbəttə, hər kəsin xəbəri yoxdur. Olanlar isə çox yaxşı bilir ki, biz toyuq əti yeyərkən, əslində stres yeyirik. Nəinki toyuq əti, həmin toyuqların yumurtası da bizə əsl yumurtanın tərkibində olanları deyil, yalnız stres verir.

Broyler olanda, nə olar ki? Nədir bu heyvanların günahı ki, onları belə şəraitdə saxlayırlar. Toyuğu Allah-təala yaradanda onu çöl-bayır, həyət-baca üçün yaradıb ki, gəzsin, dolansın, həm qidasındakı zəngin elementləri torpağın altından dimdikləsin, həm də təmiz havada yaşasın. Lakin biz insanlar toyuğa Tanrı tərəfindən bəxş olunan həyatı onun əlindən almışıq. Çox toyuq yetişdirmək, çoxlu toyuq əti istehsal etmək üçün böyük şəhərlərin içindəcə toyuqçuluq təsərrüfatları yaratmışıq. Yaradanda nə olar ki, bunu geniş sahədə etmək olmaz? Əlbəttə, olar.

Əvvəl əslində geniş bir ərazidə qurduğumuz bu kimi təsərrüfatlar sonralar tamahımız ucbatından kiçilməyə başlayır. Yəni daha çox toyuq yetişdirmək istəyimiz, tamahımız bu yazıq heyvanların yerini əlindən alır. Bu, o həddə çatır ki, toyuqlar ayaqlarını qoymağa yer tapmayıb, bir-birinin belində dayanırlar.

Hərdən onların həyatı ilə bağlı videolarla rastlaşanda, sözün həqiqi mənasında, çox narahatlıq keçirirəm. Düşünürəm ki, toyuqların da xoşbəsti, bədbəxti olurmuş. Məsələn, kənd toyuqları necə də xoşbəxt yaranmışlar. Yerləri geniş, istədikləri vaxt gəzir, dolaşır, istədikəri vaxt hinə qayıdır, istədikləri vaxt yumurtlayırlar.

Lakin broylerdə Tanrı tərəfindən toyuqlara verilən yumurtlama xüsusiyyətinə də dəyişiklik etmişik. Onların gecə və gündüzünü əllərindən alıb, çaş-baş salmışıq. Gündüz çirkli pəncərələrdən sızan gün işığı, gecələr isə elektrik lampaları bu yazıq toyuqlara işgəncədir. Onlar sahibkarların diqtəsi ilə həyatda yalnız gündüz olduğunu düşünür və dayanmadan-durmadan zamansız şəkildə yumurtlayırlar. Nədir, nədir ki, sahibkarlar daha çox yumurta satıb varlansın. Təsərrüfatını daha da genişləndirsin, milyonlarla manat gəlir əldə etsin, toyuqların bədbəxtliyi üzərində özünə səadət qursun. Maşınlarda gəzsin, təmtəraqlı evlərdə yaşasın.

Belədir, bəli, toyuq biznesi quranların hər biri başqalarından fərqli yaşayır. Bunu hamı bilir. Arada isə toyuqların həyatı məhv olur. Onlar dünyaya gəldiklərinə peşman olurlar. Əlacsız qalıb stresdən bir-birinin başını dimdikləyir, al-qana qərq edirlər.

Toyuq biznesi ilə məşğul olanların qurbanı tək toyuqlar deyil, həm də insanlardır. Onların stres altında saxladığı toyuq və onların yumurtalarından istifadə edən insanlar da elə bilməyin ki, toyuq və yumurta yeyir. Onlar yalnız stres yeyirlər. Çünki yediyimiz toyuq və yumurtanın mayası stresdən yoğrulur.

Çox təəssüf ki, belə qorxunc şəraitdə istehsal olunan toyuq əti digər ət növlərindən ucuz olduğu üçün ölkədə minlərlə insanın ən çox istifadə etdiyi qida məhsuludur. Kənd yumurtasını gündüz çıraq işığı ilə axtarmalı olduğumuz bir dövrdə broyler yumurtasını bizə gəzən toyuq, nə bilim ferma toyuğu, bir də broyler toyuğu adı ilə müxtəlif qiymətlərə satan market və mağaza sahibləri də toyuqçuluq təsərrüfatı sahibləri ilə əlbir şəkildə bu “siyasəti” həyata keçirir.

Onlar qazanır: həm toyuqdan, həm yumurtadan. Biz sadə insanlar istə itiririk: həm toyuq, həm də onun yumurtasın yeməklə. Çünki yediyimiz yalnız stresdir. Sonra da deyirik ki, küçədə-bacada, ictimai nəqliyyatda nə üçün insanlar bu qədər əsəbidir; bu uşağa, bu kişiyə, bu qadına söz demək mümkün deyil, o saat özündən çıxır. Əsəbi olacaqlar da, yedikləri stresdir.

Mətanət Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:275
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Noyabr 2024 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see778

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see742

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see737

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see534

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see527

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see496

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see392

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see380

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see368

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see355

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see338

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see331

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see287

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see279

Putin Azərbaycandan keçəcək “Şimal Cənub” dəhlizi boyu hansı torpaqların pulla alınmasından danışdı?.. ARAŞDIRMA

07 Oktyabr 2026 17:20see261

Azərbaycan Kuboku: 2 oyuna 18 qol

07 Oktyabr 2026 18:11see244

Onun Azərbaycanla əlaqəsi yoxdur Alman kəşfiyyatı

07 Oktyabr 2026 18:13see244

Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib

07 Oktyabr 2026 18:16see240

Arteta Arsenal la müqaviləsini uzatdı maaşı da bəlli oldu

07 Oktyabr 2026 18:14see240

Qızılın qiyməti avqustun əvvəlindən ilk dəfə 4 100 dollardan aşağı düşüb

07 Oktyabr 2026 17:35see226
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri