Icma.az
close
up
RU
Stress ömrü həqiqətən azaldır? HƏKİM AÇIQLADI

Stress ömrü həqiqətən azaldır? HƏKİM AÇIQLADI

Icma.az, Sia Az saytına istinadən bildirir.

"Stress insan orqanizmində hormon sistemini fəallaşdıraraq bir sıra fizioloji dəyişikliklərə səbəb olur. Bu dəyişikliklər qısa müddətdə faydalı görünsə də, uzunmüddətli təsir altında müxtəlif orqan və sistemlərdə davamlı pozuntular yarada bilər". Bu sözləri SİA-ya açıqlamasında nevroloq Aynurə Rzayeva deyib.

Onun sözlərinə görə, bədənin daimi gərginlik vəziyyətində olması psixosomatik xəstəliklərin inkişafı üçün əlverişli şərait formalaşdırır:

"Bu o deməkdir ki, emosional təzyiq və psixoloji narahatlıqlar tədricən fiziki sağlamlığa da mənfi təsir göstərməyə başlayır. Davamlı stress fonunda ən çox rast gəlinən problemlər yüksək qan təzyiqi, mədə və onikibarmaq bağırsağın yara xəstəlikləri, bronxial astma, artrit, müxtəlif dəri xəstəlikləri, eləcə də 2-ci tip şəkərli diabet və ürək-damar sistemi xəstəlikləridir. Stress hormonlarının davamlı şəkildə yüksək olması bədənin tarazlığını pozur, damarların daralmasına, mədə turşusunun artmasına, immun sisteminin zəifləməsinə səbəb olur. Bu da insanın həm psixoloji, həm də fiziki cəhətdən tükənməsinə gətirib çıxarır. İnsan orqanizmi uzunmüddətli stressə qarşı dayanıqlı deyil. Gərginlik aradan qalxdıqdan sonra belə bədən bir müddət “həyəcan siqnalını” söndürə bilmir və əvvəlki kimi güclü reaksiya verməyə davam edir. Məhz bu davamlı gərginlik maddələr mübadiləsinin pozulmasına, qocalma prosesinin sürətlənməsinə və həyati funksiyaların zəifləməsinə şərait yaradır. Stressin təsiri yalnız fərdin özündə məhdudlaşmır. Sosial mühit də bu baxımdan mühüm rol oynayır. Başqalarının emosiyalarına qarşı həssas olan insanlar neqativ xəbərlərə, konfliktli situasiyalara və ağır mövzulara tez-tez məruz qalanda daha çox narahatlıq yaşayırlar. Bu cür emosional ötürülmə nəticəsində stress sanki bir insandan digərinə keçir və geniş sosial mühitə yayılır. Buna görə də, psixoloji rifahın qorunması üçün həm şəxsi emosional balans, həm də ətraf mühitin təsiri xüsusi əhəmiyyət daşıyır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 Dekabr 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri