Icma.az
close
up
RU
Stressə davamlılığınız azalıbsa, orqanizmdə bu maddənin defisiti var

Stressə davamlılığınız azalıbsa, orqanizmdə bu maddənin defisiti var

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Stress – hər bir insanın gündəlik həyatının ayrılmaz və qaçılmaz bir hissəsidir.

Ailə münaqişələri, məişət problemləri və işdə yaranan problemlər səbəbindən biz, çox vaxt orqanizmin emosional və fiziki tükənmənin yorğunluq, düşkünlük, həyəcan, əsəbilik, yuxu pozğunluğu, ürək döyüntülərinin tezləşməsi kimi aşkar əlamətlərinə diqqət yetirmirik.

Stress simptomlarının maqnezium çatışmazlığının yayılmış simptomlarına bənzər olmağının səbəbi nədir? Maqneziumun əsas funksiyalarından biri sinir sisteminin müdafiəsidir. Bu səbəbdən maqnezium çatışmazlığı zamanı orqanizmin stressə qarşı dayanıqlığı azalır. Stress maqneziumun orqanizmdən xaric olunmasına səbəb olur. Orqanizmdə stress nəticəsində azalan ehtiyatları bərpa etmək üçün kifayət qədər maqnezium olmadığı halda stress vəziyyəti daha da ağırlaşır. Beləliklə, maqnezium çatışmazlığı orqanizmin stressə dayanıqlığını azaldır, stressə dayanıqlığının azalması isə maqnezium çatışmazlığının inkişafına səbəb olur.

Qıcolmalar və ağrılar - maqnezium çatışmazlığının 1 No-li müşayiətçisidir

Maqnezium bir sıra maddələr mübadiləsi reaksiyalarında iştirak edir. Həmçinin, maqnezium sinir impulslarının ötürülməsini tənzimləyir və əzələlərin yığılmasında iştirak edir. Baldır, boyun, çiyin və ya bel əzələlərinin tez-tez baş verən qıcolmaları, əzələ ağrıları – maqnezium çatışmazlığının yayılmış əlamətlərinədn biridir. Qeyd olunan simptomlar adətən günün ikinci yarısında güclənir. Çox vaxt idman ilə məşğul olan şəxslər tiklər və əzələlərdə ağrılardan əlavə baş ağrılardan da şikayət edir və qeyd olunan baş ağrıların səbəbi maqnezium çatışmazlığı ola bilər.

Orqanizmdə maqnezium çatışmazlığının yaranma səbəbləri hansılardır?

Maqnezium çatışmazlığının səbəbi nədir?

- Stresslər

- Qeyri-tarazlaşdırılmış qidalanma 


- Qidada natriumun həddən artıq yüksək miqdarı (duz, dadlandırıcı maddələr)

- Həddən artıq 
tərləmə (idman, fiziki aktivlik və s.) 


- Xəstəliklər (şəkərli diabet, hiper- və ya hipotireoz, ürək xəstəlikləri, arterial hipertenziya)

- Dərman vasitələrinin qəbulu (sidikqovucu, işlədici dərman vasitələri, antibiotiklər və bir sıra digər preparatlar orqanizmdən maqneziumun xaric edilməsini gücləndirir)


Böyüklərin maqneziuma olan gündəlik tələbatı 250-400 mq təşkil edir. Maqnezium orqanizmdə istehsal olunmur, müasir həyat şəraitində isə yalnız qida ilə kifayət qədər maqnezium almaq mümkün deyil.

Qida məhsullarının tərkibindəki maqnezium hansı səbəbdən bizim orqanizm üçün kifayət deyil? Kliniki tədqiqatlar nəticəsində məlum olmuşdur ki, qida məhsullarından orta hesabla maqneziumun 1/5 hissəsi mənimsənilir. Maqneziumun orqanizmdə saxlanılması üçün müəyyən "fiksator" lazımdır ki, o da В6 vitamini (piridoksin) ola bilər.

В6 maqneziumun mənimsənilməsinə kömək edir və maqneziumu orqanizmin hüceyrələrində saxlanılmasını təmin edir. Emal Qida məhsullarının emalı zamanı onların tərkibindəki maqneziumun səviyyəsi nəzərəçarpan dərəcədə azalır.

Məsələn, taxılın emalından sonra un məmulatlarında maqnezium demək olar ki mövcud deyil

Qida məhsullarının emalı zamanı onların tərkibindəki maqneziumun səviyyəsi nəzərəçarpan dərəcədə azalır. Məsələn, taxılın emalından sonra un məmulatlarında maqnezium demək olar ki mövcud deyil.

Orqanizmdə maqneziumun çatışmazlığını necə bərpa etmək olar? 


Sağlam qidalanma orqanizmdə maqneziumun normal səviyyəsinin saxlanılmasını təmin edir. Qoz, badam, buğda kəpəyi və lobya maqnezium ilə ən zəngin qida məhsulları hesab edilir. Lakin  çatışmazlığı aradan qaldırmaq üçün həkimin məsləhəti ilə maqnezium tərkibli preparat qəbul edilməlidir.

Maqneziumun orqanik duzundan və B6 vitaminindən (piridoksin) ibarət olan tarazlaşdırılmış preparat orqanizmdə maqnezium çatışmazlığını effektiv olaraq tənzimləyir. 


Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri