Icma.az
close
up
RU
Suyun stressə təsiri

Suyun stressə təsiri

Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Liverpul Con Murs Universitetinin alimləri su qəbulunun orqanizmin stressə reaksiyasına təsir etdiyini müəyyən ediblər.

Axşam.az xəbər verir ki, tədqiqatda 18–35 yaş arası 100 kişi və qadın iştirak edib. Son mərhələdə alimlər 32 nəfəri seçərək onları iki qrupa ayırıblar: gündə orta hesabla 1,3 litr su içənlər və gündə 4,4 litr su qəbul edənlər.

Bir həftəlik müşahidədən sonra iştirakçılar üçün süni stress vəziyyəti yaradılıb. Onlardan iş müsahibəsi şəraitində çıxış etmək, yadda hesablama aparmaq və ani tapşırıqları yerinə yetirmək tələb olunub.

Nəticədə məlum olub ki, daim az miqdarda su içən insanlarda stress vəziyyətində stress hormonu kimi tanınan kortizolun səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Bununla belə, hər iki qrupda narahatlıq hissi və ürək döyüntüsünün sürətlənməsi göstəriciləri eyni olub.

Araşdırmaya görə, su və kortizol arasında dolayı əlaqə var. Belə ki, bədəndə maye az olduqda, suyu saxlamağa kömək edən vazopressin hormonu artır. Vazopressin isə adrenokortikotrop hormonunun (AKTG) sintezini stimullaşdırır, bu da öz növbəsində kortizolun ifrazına səbəb olur.

Beləliklə, kifayət qədər su içməmək orqanizmdə stress sisteminin daima hazır vəziyyətdə qalmasına, bu da stressə həddindən artıq reaksiya ilə nəticələnməsinə səbəb olur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://axsam.az
archiveBu xəbər 24 Avqust 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri