Icma.az
close
up
RU
Su anbarlarında keçənilki dövrlə müqayisədə, ümumilikdə, 1,5 milyard kubmetr çox su ehtiyatı toplanıb suvarma suyu ilə təminatda çətinlik gözlənilmir

Su anbarlarında keçənilki dövrlə müqayisədə, ümumilikdə, 1,5 milyard kubmetr çox su ehtiyatı toplanıb suvarma suyu ilə təminatda çətinlik gözlənilmir

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 22 aprel, AZƏRTAC

Son vaxtlar intensiv yağan yağışlar nəticəsində çaylarda sululuq artmışdır. Bu, ölkə ərazisindəki bütün çaylarda, əsasən dağ çaylarında, o cümlədən Kür və Araz çaylarında müşahidə edildi. Bu gündən artıq çaylarda suyun səviyyəsində azalma müşahidə edilir.

Bu sözləri AZƏRTAC-a məxsusi açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin baş məsləhətçisi Sarvan Ağayev bildirib.

Onun sözlərinə görə, çaylardan gələn sel sularının tənzimlənməsi və zərərsiz ötürülməsi üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən ilin əvvəlindən müvafiq tədbirlər görülüb. Belə ki, çay məcrasında yerləşən su anbarlarında müəyyən səviyyə saxlanılıb ki, bu da sel sularının tənzimlənməsinə və zərərsiz ötürülməsinə imkan verib: “Məsələn, Mingəçevir su anbarı keçən il normal səviyyəyə qədər doldurulsa da, bu ilin əvvəlindən Kür çayına buraxılan suyun həcmi artıldı ki, su anbarında səviyyə aşağı düşsün və yaz aylarında gələn sel sularının tənzimlənməsinə və zərərsiz ötürülməsinə şərait yaransın. Ümumiyyətlə, havanın yağmurlu keçməsi nəticəsində su anbarlarında kifayət qədər su ehtiyatı toplanıb.

Hazırda su anbarlarında 18,7 milyard kubmetr su ehtiyatı var ki, bu da keçənilki dövrlə müqayisədə 1,5 milyard kubmetr çoxdur”.

Sarvan Ağayev qeyd edib ki, su anbarlarında kifayət qədər su ehtiyatı olduğu üçün yay aylarında əkin sahələrinin suvarma suyu ilə təmin olunmasında çətinlik gözlənilmir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see192

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see140

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see125

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see124

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see120

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri