Su Ehtiyatları Agentliyinin sədri Dünya Bankının tədbirində
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Dünya Bankının təşkil etdiyi "Ambisiyaların artırılması: Avropa və Mərkəzi Asiyada enerji və su sistemlərinin transformasiyası" mövzusunda yüksək səviyyəli tədbirdə iştirak edib.
Agentlikdən Moderator.az-a verilən məlumata görə, Zaur Mikayılov su sektorunda itkilərin azaldılması və islahatlar çərçivəsində görülmüş işlərdən, eləcə də iqlim dəyişikliyinin yaratdığı təzyiqlərə qarşı mübarizə istiqamətlərindən danışdı.
Tədbirdə iştirak edən Albaniyanın baş nazirinin müavini xanım Belinda Balluku, Rumıniyanın Energetika naziri cənab Sebastian Burduja və Dünya Bankının vitse-prezidenti Juergen Voegele COP29 tədbirinin Azərbaycanca təşkil edilməsini yüksək qiymətləndirdiklərini qeyd etməklə yanaşı, yaxın gələcəkdə həyata keçirilmiş yaşıl enerji layihələri barədə ictimaiyyətə məlumat verdilər.
Baxış sayı:111
Bu xəbər 14 Noyabr 2024 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















